Quranda qiyamət əlamətləri »

O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. (Nəml surəsi, 82)

Quranda “dabbə”dən bəhs edilən “Nəml” surəsinin 82-ci ayəsində “o sözün insanların başına gəldiyi” dövrə işarə edilir. Bu ayəni və dabbə sözü ilə nədən bəhs edildiyini dəqiq olaraq anlamaq üçün “o söz” kəlməsinin Quranda necə isifadə edildiyi haqında fikirləşmək lazımdır. 

"O söz" kəlməsini ərəbcə qarşılığı "kavl"dır və Quranda "razılaşma və söz" mənalarında istifadə edilir. Bu iki mənadan başqa, eyni sözün "inanc, düşüncə və əqidə" kimi mənaları da var.

“Kavl” kəlməsi bəzi ayələrdə möminlərin gözəl sözləri, insanlara etdikləri təbliğ və söhbətlər mənasında istifadə edilir. Məsələn, Allah möminlərə " Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. (Bəqərə surəsi, 263) şəkilində buyurur. Bir başqa ayədə isə yetimlərə və yoxsullara "...gözəl söz..." (Nisa surəsi, 8) deyilməsi əmr edilir.

Bu mənası ilə yanaşı, "kavl" sözü ayələrdə həm də Quran mənasında istifadə edilir. Allahın hz. Muhamməd vasitəsilə insanlara endirdiyi hikmətli sözləri bir çox ayədə "söz" kəlməsi ilə ifadə edilir. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, bu, (haqqı batildən) ayırd edən bir kəlamdır.(Tariq surəsi, 13)

Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. (Təkvir surəsi, 19)

O (Quran) da məlun (Allahın rəhmətindən qovulmuş) şeytanın sözü deyildir.(Təkvir surəsi, 25)

Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?(Muminun surəsi,68)

Bu, möhtərəm bir Elçinin sözüdür. O, şair sözü deyildir! Necə də az inanırsınız. O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!(Haqqə surəsi, 40-42)

Yuxarıdakı ayələrdə də görüldüyü kimi, "kavl" sözü bəzi ayələrdə Quranı – Allahın sözünü - təyin etmək üçün istifadə edilir.

"Kavl" sözü “Səcdə” surəsinin 13-cü ayəsində Allahın sözünün -vədinin- reallaşması olaraq istifadə edilir:

Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.(Səcdə surəsi, 13)

“Saffat” surəsinin 31-ci ayəsində isə “söz” ifadəsi Allahın əzabı olaraq ifadə edilmişdir:

Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) hökmən dadacağıq.(Saffat surəsi, 31)

Yuxarıdakı ayələrdə də göründüyü kimi, Allahın vəd etdiyi söz, cəhənnəmi inkar edən insan və cinlərlə tamamilə doldurulması, əzabın insanlar üzərinə haqq olmasıdır. "O söz" reallaşdığında inkar edənlər sonsuz cəhənnəm əzabı ilə qarşılaşacaqlar. "Söz" kəlməsinin vəd mənasında istifadə edildiyi digər ayələr isə bu şəkildədir:

Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha )(itaət etməyi) əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik.(İsra surəsi,16)

Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar. (Muminun surəsi, 27)

Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. (Qasas surəsi, 63)

Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər. (Yasin surəsi,7)

(Quran)Diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin. (Yasin surəsi,70)

...Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar. (Fusillət surəsi, 25)

Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı Söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır. (Əhqaf surəsi, 18)

Zalımlar əzab çəkməyə başladıqda, onların (əzabı) yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir. (Nəml surəsi, 85)

Ayələrdə də görüldüyü kimi, Allahın sözü bütün inkar edənlər üçün "böyük bir həlak və sonsuz bir əzab"dır. Üzərinə "söz haqq olmuş" olan kəslər üçün qurtuluş, çıxış ya da qaçış yolu yoxdur. Onlar həm dünyada, həm də axirətdə böyük hüsarana uğrayacaq, bu əzabdan heç bir şəkildə uzaqlaşa bilməyəcəklər. Çünki bu, Allahın vədidir və Allah vədindən dönməz.

Bura qədər araşdırdıqlarımızdan Allahın sözünün sonsuz əzabın başlanğıcına, bu səbəbdən qiyamət gününə baxdığı aydın olur. O gün Allahın sözü inkar edənlər üzərinə haqq olacaq və onlar böyük bir həlakla əzaba uğrayacaqlar.

Qiyamətin gəlişi isə bir çox əlamətlə aydın olacaq. Axırzamanda meydana gələcək bu əlamətlərdən biri də “Nəml” surəsində bildirilən "dabbə"nin çıxışıdır.

İzlənmə sayı: 1824