Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Haqq dini səmimi yaşayan saleh qulların yer üzünə varis olacağının İlahi bir qanun olduğu da ayələrdə belə bildirilir:
Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz )kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)
Və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. (İbrahim surəsi,14)
Sizdən əvvəlki nəsilləri də zülmetdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda, (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq. Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunus surəsi, 13-14)
Musa öz qövmünə dedi: “Allah`dan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allah`ındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”. Onlar dedilər: “Sən bizə (peyğəmbər) gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. (Musa) dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”. (Əraf surəsi, 128-129)
Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)
Yuxarıdakı ayələrdə verilən müjdə ilə yanaşı, Allah`ın möminlərə çox əhəmiyyətli bir vədi daha var. İslam dininin bütün dinlərə üstün etmək üçün insanlığa göndərildiyi Quranda bu, belə bildirilir:
Onlar Allah`ın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saf surəsi,8-9)
Şübhəsiz ki, Allah vədində şübhə edilməyən və vədindən dönməyəndir. Azğın fəlsəfələri, dinsiz ideologiyaları və batil din anlayışlarını ortadan qaldıracaq, insanları qaranlıqlardan nura çıxaracaq gözəl əxlaq İslam əxlaqıdır. Yuxarıdakı ayələrdə vurğulandığı kimi, inkarçıların və müşriklərin bu böyük hadisəyə mane olması isə mümkün deyil.
İzlənmə sayı: 1155
© 2017 - Bu sayt Harun Yəhya (Adnan Oktar) əsərlərindən faydalanılaraq hazırlanmışdır. - Bu saytdakı bütün materialı saytı qaynaq göstərərək kopyalaya və çoxalda bilərsiniz