Axırzamanda reallaşacağı xəbər verilən hədislərin mərkəzində hz. Mehdi (ə.s) və Mehdiyyət dayanır. Axırzamandakı əhəmiyyətli hadisələrin çoxu Mehdiyyət ətrafında inkişaf edir. Bu hadisələrin yerləri haqqında müxtəlif rəvayətlər mövcuddur, ancaq Bədiüzzaman Səid Nursi bu mövzuya belə aydınlıq gətirmişdir:
İndi hz. Mehdi kimi əşhasın (şəxslər) haqqındakı rəvayətin sirri (hz. Mehdi (ə.s) kimi şəxslər haqqında fərqli xəbərlər olmasının səbəbi) budur ki, əhadisi təfsir edənlər (hədisləri açıqlayanlar), mətin-i əhadisi təfsirlərinə və istinbatlarına tətbiq etmişlər (hədis mətinlərini öz anlayışlarına və üfüqlərinin genişliyinə bağlı olaraq şərh etmişlər). Məsələn: Mərkəz-i səltənət o vaxt Şamda və ya Mədinədə olduğuna görə (rəhbərlik mərkəzi o zaman Şam şəhərində və ya Mədinə şəhərində olduğuna görə), hadisələr-i hz. Mehdiyə və ya Süfyaniyyəyi mərkəz-i səltənət ətrafında olan Bəsra, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək elə təfsir etmişlər. (Hz. Mehdi (ə.s) və ya Süfyanla bağlı hadisələrin rəhbərlik mərkəzi (və ya baş şəhər) ətrafında olan Bəsra, Kufə, Şam kimi yerlərdə zənn edərək elə şərh etmişlər)." (Sözlər, s. 359)
Başqa bir sözündə isə Bədiüzzaman Səid Nursi mövzunu belə açıqlamışdır:
"Mərkəz-i Xilafət qədim dövrdə İraqda, Şamda və Mədinədə olduğuna görə ravilər öz içtihatları ilə daimi elə qalacaq kimi mənalandırıb, (Xilafətin mərkəzi (rəhbərlik və ya inzibati mərkəz) qədimdən İraqda, Şamda və Mədinədə olduğuna görə, hədislərlə bağlı xəbərləri nəql edənlər öz izahları ilə sanki həmişə elə qalacaqmış kimi mənalandırıblar) "Mərkəz-i Xilafət-i İslamiyə" yaxınlarında təsvir etmişlər, Hələb və Şam demişlər. Hədisin mücməl xəbərlərini öz içtihatları ilə təvsil etmişlər." Hədisdəki qısaldılmış əsas izahatı bu şəkildə öz anlayışlarına görə açıqlayıb izah etmişlər.) (Şüalar, s. 492)
Rəvayətlərdə fərqli şəhərlər keçsə də, axırzaman hadisələrinin reallaşdığı yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi bu hadisələrin Peyğəmbərimizin (s.ə.v) iki bayrağı, qılıncı və cübbəsi ilə digər müqəddəs əmanətlərinin də olduğu Xilafət Mərkəzində reallaşdığıdır. Bədiüzzamanın ifadələrindən də aydın olduğu kimi, axırzaman hədislərini nəql edən alimlər axırzaman hadisələrini öz dövrlərindəki xilafət mərkəzlərini nəzərdə tutaraq nəql etmişdilər. Eyni zamanda hz. Mehdinin (ə.s) çıxacağı yer haqqında, hər alim öz zamanının Xilafət Mərkəzi olan İraq, Şam, Kufə, Mədinə kimi şəhərləri ifadə etmişdir. Hz. Mehdinin (ə.s) çıxış yeri haqqında rəvayətlərin fərqli olmasının səbəbi də budur. Çünki hədisi nəql edən bu ravilərin içtihatları, məlumatları və fikirləri zamanla müxtəlif rəvayətlərə qarışaraq günümüzə qədər gəlib çatmışdır. Belə ki, Peyğəmbərimizdən (s.ə.v) müasir dövrə qədər Xəlifəlik Mərkəzinin olduğu yer Şam, Hələb, Kufə, Məkkə və ən son İstanbul olmaqla dəfələrlə dəyişmişdir.
Ancaq, axırzaman hadisələrinin baş verdiyi yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi bu hadisələrin Xilafət Mərkəzində reallaşdığıdır.
Bədiüzzaman da bu nəticəyə gəlmişdir. Bilindiyi kimi, son xilafət mərkəzi "İstanbul"dur. Xəlifəlik bu əsrin əvvəllərində rəsmi olaraq ləğv olunmuşdur və o gündən indiyə qədər dünyada başqa heç bir yerə də daşınmamışdır. Peyğəmbərimizin iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlər İstanbuldadır. Nəticə olaraq, hələ də bu mənəvi ünvanı qoruyan tək şəhər İstanbuldur. Başqa sözlə, hz. Mehdinin (ə.s) də burada zühur etməsi gözlənilir (doğrusunu Allah bilər).
İzlənmə sayı: 1155
© 2017 - Bu sayt Harun Yəhya (Adnan Oktar) əsərlərindən faydalanılaraq hazırlanmışdır. - Bu saytdakı bütün materialı saytı qaynaq göstərərək kopyalaya və çoxalda bilərsiniz