Hz. Mehdi (ə.s.) haqqındakı müxtəlif mövzular »

Sağ qıçında qara bir iz vardır

(Mehdinin) Sağ qıçında QARA BİR İZ VARDIR. (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 251)

Alnında bir iz vardır

Əbu Bəsər deyir ki: İmam Məhəmməd Bəkir və ya Cəfər-i Sadiq əleyhissalam (tərəddüd ravidən qaynaqlanır) belə buyurdu: "Ey Əbu Muhəmməd! Qaimin iki əlaməti (və ya əlamətləri) vardır. BAŞINDA BİR XAL və bir iz vardır və iki kürək sümüyünün arasında bir iz vardır. (Şeyx Məhəmməd b. İbrahim-i Numanı, Qaybet-i Numani s. 253)

Alnında bir iz (yara izi) vardır

Humran ibn AYAN deyir ki: İmam Məhəmməd Bəkir əleyhissalama belə ərz etdim: ... ALNINDA İZ VARDIR, üzündə isə xal. (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 252)

Humran ibn AYAN deyir ki: İmam Məhəmməd Bəkir əleyhissalama: ...ALNINDA İZ VARDIR, üzü gözəllərin övladıdır. (Yəni üzü gözəldir)... " (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 252-253)

 Əbu Bəsər deyir ki: İmam Məhəmməd Bəkir və ya Cəfər-i Sadiq əleyhissalam (tərəddüd ravidən qaynaqlanır) belə buyurdu: "Ey Əbu Muhəmməd! Qaimin iki əlaməti (və ya əlamətləri) vardır. BAŞINDA bir xal və BİR İZ VARDIR... (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 253)

Çəkik gözlüdür

Humran ibn AYAN deyir ki: İmam Məhəmməd Bəkir əleyhissalama belə ərz etdim: ... Mehdinin GÖZLƏRİ ÇƏKİKDİR, ... (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 252)

Kürəyində yarpaq şəklində bir xal vardır

 Əbu Bəsər deyir ki: İmam Məhəmməd Bəkir və ya Cəfər-i Sadiq əleyhissalam (tərəddüd ravidən qaynaqlanır) belə buyurdu: "... iki kürək sümüyünün arasında bir xal vardır. SOL KÜRƏK SÜMÜYÜNÜN SOL ALT TƏRƏFİNDƏN BİR YARPAQ VARDIR, eynilə mərsin yarpağı kimi." (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 253) Burada nəzərdə tutulan yarpaq kimi kənarları olan xalın dəri rəngi olacağı, lakin yerdən yüksəkdə tinli bir xal olduğu və quruluşuyla yarpağı xatırladan, solmuş yarpaq rəngində bir xal olacağı aydın olur.

Soyu (nəsli)

 Hz. Əlinin (r.ə.) rəvayətinə görə Rəsulullah (s.ə.v.) belə buyurdu:  Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış da olsa Allah (c. c.) mənim Əhl-i Beytimdən bir şəxsi (Mehdini göndərəcək.) Sünən-i Əbu Davud, 5/92 Hz. Əlidən (r.ə.) rəvayət edilmişdir; Peyğəmbərimiz (s.ə.v.) buyurdu: Əl-Mehdi bizdən, Əhl-i Beytdəndir. Səid b. əl Müsəyyəbdən (r.ə.) Peyğəmbərimiz (s.ə.v.) belə buyurdu:  Mehdi qızım Fatimənin nəslindəndir.  Sünən-i İbn Mace, 10/348 Mehdi ilə müjdələnin. O Qüreyşdən və Əhl-i Beytimdən bir adamdır. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman , 13 İbnu Məsud: "Rəsulullah yaxud da belə buyurmuşdu deyər: "...Əhl-i beytimdən birini ki, bu şəxsin adı mənim adıma uyğundur, atasının adı da atamın adına uyğundur. Bu şəxs yer üzünü, əvvəldən zülmlə dolu olmasından fərqli olaraq - ədalət və həqqaniyyətlə doldurar." Tirmizi, Fiten 52, (2231, 2232)

Bütün peyğəmbərlər bir-birinin nəslindəndir. Mehdi (ə. r.) də bu nəsildən gəlir. Xalq arasında bu nəsildən gələnlərə Seyid deyilir.

 İşari mənada ayə tərcümələri: 2/128- "Rəbbimiz, ikimizi sənə təslim olmuş (Müsəlmanlar) et və soyumuzdan sənə təslim olmuş (Müsəlman) bir ümmət (ver). Bizə ibadət üsullarını (yer və ya qanunlarını) göstər və tövbəmizi qəbul et. Şübhəsiz, Sən tövbələri qəbul edən və əsirgəyənsən." 3/33- Həqiqət budur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlərdən üstün etdi;  6/87- Atalarından, soylarından və qardaşlarından, bəzilərini (bunlara qatdıq); onları da seçdik və dümdüz yola yönəldib-çatdırdıq.

Gözəl olması

O (Mehdi) gözəl bir cavandır, gözəl üzlüdür. Üzünün nuru başına və saçlarının qarasına qədər yüksələr. Mehdilik və İmamiyyə, 153 (Ikdüd, Dürərdən)  Üzü parlayan ulduz kimi nurludur. əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 33 Kitab-ül Bürhan Fi Əlamətil-il Mehdiyy-il Axırzaman, 22

 İşari mənada ayə tərcümələri: 12/31- (Qadın) Onların nizamlarını eşidincə, onlara (bir dəvətçi) göndərdi, oturub söykənəcəkləri yerlər hazırladı və hər birinin əlinə (önlərindəki meyvələri soymaları üçün) bıçaq verdi. (Yusufa da:) "Çıx, onlara (görün)" dedi. Beləcə onlar onu (fövqəladə gözəllikdə) görüncə (fövqəlbəşər bir varlıqmış kimi gözlərində) böyütdülər, (qarışıqlıqlarından) əllərini kəsdilər və: "Allah’ı tənzih edərik; bu bir bəşər deyil. Bu, ancaq üstün bir mələkdir" dedilər.  

Çiynində peyğəmbərlik möhrü vardır

 Mehdinin çiynində peyğəmbərimizdəki peyğəmbərlik möhrü olacaq. Əl-Qavlu Fi Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 41 Çiynində peyğəmbərin əlaməti vardır. Qiyamət Əlamətləri, 165 Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman 23 Çiynində peyğəmbərin nişanı vardır. Qiyamət Əlamətləri, 163

Hədislərdən aydın olduğu kimi, hz. Mehdinin iki çiyni arasında Rəsulullah (s.ə.v.) əfəndimizdəki kimi aşkar görünə biləcək bir peyğəmbərlik möhrü olacaq.

Rəngi

Rəngi ərəb rəngidir. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 24 Qeyd: Ərəb irqinin dəri rəngi qırmızıyla qarışıq ağdır. Hz. Mehdinin rəngi ərəbidir. (Qiyamət Əlamətləri 163) (Əl - Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 29) (Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 24) Ənəs b. Malik (r.ə.) Peyğəmbərin (s.ə.v.) rəngi haqqında belə dedi: Rəngi ağ idi. Lakin ağı əsmərə çalırdı. İbni Kəsr, Şəmail-ür - Rəsul, 28  Əsmərdən (Qaradan) məqsəd dümağ olmayıb az qırmızılığı sübut etməkdir. Çünki Rəsul-i Əkrəm həzrətlərinin rəngi hamamdan hələ yeni çıxmış və üzünə qırmızılıq gəlmiş olan bir ağ kimsənin o andakı rəngi kimidir. Yəni Rəsul-i Əkrəm həzrətlərinin mübarək rəngi qırmızı ilə qarışıq nurani ağ idi.  İbni Kəsr, Şəmail-ür - Rəsul, 28

Günəş və küləklərin təsiri ilə bədənə gələn rəngə qırmızıya çalan əsmər, heç günəş üzü görməyən paltar altındakı bədənin rənginə də parlaq ağ rəng deyilir.

Bədəni
Hz. Mehdinin boyu Bəni İsraili xatırladır. əl-Qavlu-l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 36 29 Cismi, İsrail cismidir. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 24 Mehdi sanki Bəni İsraildən bir adamdır. (Rəftarı onlara bənzəyir, yəni heybətlidir) Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 23 30

Boyu

Mehdi orta boylu olacaq. Qiyamət Əlamətləri əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 41 Ənəs B. Malik rəvayətlər buyurdu ki : Rəsulullah (s.ə.v) orta boylu idi.  Bilindiyi kimi hədisdə keçən Rəba sözü normal və orta boylu deməkdir. Lakin normal boy üçün uzun olan şəxsə görə bir sərhəd vardır. Çünki öz qarışı ilə yeddi qarışa qədər olan boy normal boydur. Tirmizi, Şəmail-i Şərif, 15

Yaşı

Yaşı 30 ilə 40 arasında olduğu halda, göndəriləcək. Mehdi mənim övladlarımdandır. 40 yaşlarındadır. əl-Qavlu-l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, 41. 40 yaşındadır. Digər bir rəvayətə görə 30 ilə 40 yaşındadır. Qiyamət Əlamətləri, 163

Saqqalı

Saqqalı bol və GUR olacaq. əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 23 Saqqalı GURDUR. Qiyamət Əlamətləri, 163

İzlənmə sayı: 1516