Hz. Mehdi (ə.s.) haqqındakı müxtəlif mövzular »

Cənnətlə müjdələməsi

...Ənəs b. Malikdən (r.ə.) belə demişdir:
Mən Rəsulullahdan (s.ə.v) eşitdim, buyurdu ki: Biz Əbdülmütəllibin övladları cənnət xalqının böyükləriyik. Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyin və Mehdi.
Sünən-i İbni Mace, 10/349

Zamanın ən xeyirlisi olması

 İbn-i Cərir Təhzib-il Əsərdə belə təhric etdi:
Məhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinlikləri aradan qaldıran vəliniz olan kimsəyə tərəf gedin.. O Mehdidir.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, 57 

 Dövründə yer üzünün ən xeyirlisi özü olacaq.  əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, 27 

Naim b. Hammad, Kabdan təhric etdi, buyurdu ki: 
Mehdi (zamanındakı) insanların ən xeyirlisidir.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 58

Adının peyğəmbərlərə gələn kitablarda keçməsi

Naim buyurdu ki:
Mən Mehdini Peyğəmbərlərin suhufunda belə tapıram: "Mehdinin əməlində nə zülm, nə də qüsur yoxdur." Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 21

Peyğəmbərlərə dair olan kitablarda, "Mehdinin işi zülm və pislik deyil" şəklində işarə edilmişdir.  əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, 49    

 İbni Münavi deyir ki: "Danyalın (ə.s. ) kitabında belə yazılmışdır" Süfyanlar üçdür, Mehdilər də üçdür. 1-ci Süfyan çıxıb adı, sanı yayıldıqda ona qarşı 1-ci Mehdi, 2-ci Süfyana qarşı 2-ci Mehdi, 3-cü Süfyana qarşı da Hz. Muhəmməd Mehdi çıxacaq və Allah-u Təala daha əvvəl fəsada uğrayanları və iman əhlini onunla qurtaracaq. Sünnələr onunla canlandırılacaq, bidət atəşləri də onunla sönəcək. Onun zamanında insanlar əziz olacaq və öz müxaliflərinə qalib gələcəklər. Gözəl bir həyat tərzi olacaq, yer və göy bərəkətini artıracaq, bu vəziyyət 7 il davam etdikdən sonra Mehdi vəfat edəcək. (*) (*)Bu hədis Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman isimli kitabın Süleymaniyə Kitabxanasındakı əlyazma şəklindəki bir nüsxədə mövcuddur.

Peyğəmbərimiz səhabələrinin (r.ə.) Tövrat və İncildə müjdələnmələri kimi, Mehdi (ə. r.) də digər peyğəmbərlərə endirilmiş kitablarda müjdələnilir, ondan təriflə bəhs edilir.

Gözəl Əxlaqlı Olması

Mehdi Allah qarşısında çox təslimiyyətlidir. Əxlaq baxımından Peyğəmbərə bənzəyir.  Qiyamət Əlamətləri, s. 163 

İbni Məsudun rəvayətində, Rəsulullah belə buyurdu:

Əxlaqı mənim əxlaqım olan bir övladım gələcək. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 21

İşari mənada ayə tərcüməsi: 3/159- Allah’dan bir rəhmət səbəbindən, onlara yumşaq davrandın. Əgər kobud, daş ürəkli olsaydın onlar ətrafından dağılardı..." 68/4- Və şübhəsiz sən çox böyük bir əxlaq üzərindəsən.  

Hər kəs tərəfindən çox sevilməsi

Allah (c. c.) bütün insanların ürəklərini onun sevgisi ilə dolduracaq. əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, 42

 Muhəmməd ümmətindən razı qalmayan heç bir şəxs olmayacaq. Qiyamət Əlamətləri, 163
 
Mehdi zühur edər, hər kəs yalnız Ondan danışar, Onun sevgisini içər və Ondan başqa bir şeydən bəhs etməzlər. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 33 

Onun xilafətindən yer və göy əhli, hətta havadakı quşlar belə razı olacaq. əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, 29

Əzmkar olması
 
 Mehdi işində tədbirli və əzmkar olacaq. Qiyamət Əlamətləri , 175 

İnsanlar haqqa qayıdana qədər mübarizəsinə davam edəcək. əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, 23

Fitnələri asanlıqla önləyən və ölümdən qorxmayan Əhli Beytimə mənsub biri (Mehdi) gəlmədən günlər, gecələr bitməyəcək. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 12 

Mehdi hesabını çox ardıcıl bir şəkildə görəcək və vədindən dönməyəcək. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 24 

Mehdi Şərq tərəfdən çıxacaq. Qarşısına dağlar belə çıxsa onları əzib keçəcək, o dağlarda özünə yol düzəldəcək. əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, 39

İşari mənada ayə tərcüməsi: 15/94- Elə isə sən əmr olunduğun şeyi açıqca söylə və müşriklərə itaət etmə. 25/52- Elə isə kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et. 3/172- Onlar yaralandıqdan sonra, Allah və elçisinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və Allah’dan qorxanlar üçün böyük bir mükafat vardır.    

İrşadı (Təbliğ gücü)

Hz. Mehdi, quru bir ağacı əkdikdə də ağac dərhal yaşıllanıb yarpaqlanacaq. Əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, 43

O (Mehdi) quru bir qamış ağacını quru bir yerə əkəcək, qamış dərhal yaşıllanıb yarpaq açacaq. Qiyamət Əlamətləri, 165

Mehdi bir yerə quru bir budağı əkər və budaq yarpaqlanıb yaşıllanar. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 67

Bir izahı budur ki:

Hz. Mehdi (ə. r.) "quru bir ağaca bənzədilən bir insana təvəccöhüylə və onu irşad etməsiylə; əvvəllər eyni quru bir ağac kimi ətrafına faydalı ola bilməyən belə bir insanın, bu dəfə yaşıllanmış və meyvə vermiş bir ağac kimi ətrafına, yəni dininə və bütün insanlığa faydalı hala gələcəyinə işarə edilmişdir. (Allah’u aləm)

Aşağıdakı hədisdə də bənzər bir şəkildə; əvvəllər cahil, xəsis və qorxaq olan bir insanın axırzamanın böyük mürşidinin irşad və tədrisiylə məlumatlı, comərd və cəsur bir hala gələcəyinə, sanki əvvəllər quru və faydasız olan bir ağacın yaşıllaşıb yarpaq verməsi kimi şəxsiyyətini dəyişdirəcəyinə işarə edilmişdir. (Allah’u aləm)

Əsrində cahil, xəsis və qorxaq olan bir adam dərhal alim, comərd və cəsur olacaq. Qiyamət Əlamətləri, 186  

İmam Rəbbani də irşadda özünə verilən gücü eyni təşbihlə ifadə edir.

 Allah-u Təala, hidayət işində mənə böyük bir güc verdi. O qədər ki: Quru bir ağaca təvəccöh etsəm; o quru ağac dərhal cücərər.  Məktubat-i Rəbbani, 1/18  
İşari mənada ayə tərcümələri:  16/125- Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə çağır və onlarla ən gözəl bir şəkildə mübahisə et. Şübhəsiz sənin Rəbbin yolundan azanı biləndir və hidayətə çatanı da biləndir.  2/83- İsrailoğullarından, "Allah’dan başqasına qulluq etməyin, anaya-ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıqla davranın, insanlara gözəl söz söyləyin, namazı düzgün qılın və zəkatı verin" deyə vəd almışdıq. Sonra siz, çox azınız istisna olmaqla, vədinizdən döndünüz və (hələ) üz çevirirsiniz.  20/43-44 "İkiniz Firona gedin, çünki o, azmışdır. Ona yumşaq söz söyləyin, ümid edilər ki, öyüd alıb-düşünər və ya içi titrəyər-qorxar."  

Vəhy Elmi

Kabdan rəvayət edildi ki:  O, kimsənin bilmədiyi gizli bir gücə sahibi olduğu üçün özünə Mehdi deyilmişdir.  Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Axırzaman    

Bir izahı budur ki:

Bütün zahiri elmlər, istənilsə hər kəs tərəfindən oxuyaraq, araşdırılaraq öyrənilə bilər. Bir də çalışılaraq əldə edilə bilməyən, ancaq Allah’ın bir lütfü olan və onu istədiyi quluna verdiyi "Vəhy" elmi var. Yuxarıdakı rəvayətdə "kimsənin bilmədiyi" deyilərək Mehdinin belə bir elmə sahib olduğu izah edilmək istənilmişdir. (Allahu aləm)

Bu elmin "Lədün elmi" olması da mümkündür. “Kəhf” surəsində Musa (ə.s.) ilə adı verilməyən mübarək bir şəxs arasında keçən qissədə bənzər bir elmdən bəhs edilir. (Rəvayətlərdə bu şəxsin Xızır ə.s. olduğu izah edilir.)

18/65- Qatımızdan özünə bir rəhmət verdiyimiz və tərəfimizdən özünə bir elm öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar.  18/66- Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?” 18/67- Xızır dedi: "Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən." 18/68- Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbr edə bilərsən? 18/69- (Musa:) "İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacam. 18/70- Xızır dedi: "Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma."  

 Lədün: Qəribə bir elm adıdır. Ona vəqf olan şəxs sirrləri Allah’ın icazə verdiyi ölçüdə aşkar edəcəyi kimi, müxtəlif ilahi sirrlərdən də xəbəri olar. (NÖV-DAV, Böyük Lüğət , 558) Bu qissədə Musanın (ə.s.) Xızırla birlikdə yaşadıqları üç hadisə izah edilir. Hz. Musa bu elmi bilməməsinə görə Xızırın (ə.s.) ilk anda yanlış və qəribə kimi görünən üç davranışına etiraz edərək, ona qarşı çıxır. Lakin ayrılacaqları vaxt Xızırdan (ə.s.) etdiklərinin mənasını öyrənincə (18/78-82. ayələr) etirazlarında tələsik davrandığını anlayaraq, ona haqq verir. Bu qissənin Kəhf surəsində izah edilməsi çox mənalıdır. Çünki bu surədə izah edilən digər iki qissənin (Əshab-i Kəhf və Zülqərneyn qissələrinin) Mehdi ilə olan yaxın əlaqəsinə peyğəmbərimiz (s.ə.v.) müxtəlif hədisləriylə diqqət çəkmişdir. Musa (ə.s.) və Xızır (ə.s) qissəsinin də xüsusilə yenə bu surədə mövcud olması, aralarında keçən hadisələrin yuxarıdakı hədislərdə olduğu kimi Mehdi ilə yaxından əlaqəsi ola biləcəyinə, həmçinin Xızırın (ə.s.) elminin Mehdidə də ola biləcəyinə bir işarədir. Muhyiddin Ərəbi aşağıdakı izahında Mehdinin 9 xüsusiyyətini sayır. Diqqət yetirilsə bunların heç biri nəql elmində olmayan, daha çox hikmət, anlayış, lədün kimi vəhy elmə aid olan xüsusiyyətləri daşıyır.

1. Bəsirət sahibi olması.  2. İlahi Kitabı anlaması.  3. İlahi Kəlamın mənasını bilməsi.  4. Təyin edəcəyi kəslərin hal və hərəkətlərini bilməsi.  5. Hirsləndikdə belə mərhəmət və ədalətdən ayrılmaması.  6. Varlıqların siniflərini bilməsi.  7. İşlərin dolaşıq tərəflərini bilməsi. Çünki bunlardan xəbəri olan bir lider verəcəyi hökmlərdə yanılmaz. Mehdi müqayisə elmini onunla hökm etmək üçün deyil, ondan qaçınmaq üçün bilər. Çünki verdiyi hökm doğru bir ilham nəticəsi olacaq. Yəni Muhəmmədin (s.ə.v.) gətirdiyi şəriət üzrə hökm edəcək. Bu səbəbdəndir ki, Peyğəmbər (s.ə.v.) onu vəsf edərkən "Mənim yolumu izləyəcək, səhvə yol verməyəcək" demişdir. Bundan anlayırıq ki, Mehdi, şəriət sahibi deyil, şəriətə tabe olandır.  8. İnsanların ehtiyacını yaxşı anlaması.  Çünki onların hər cür işlərini görmək üçün Allah onu digər insanlar üzərinə lider seçmişdir. Liderlərin davranış və fəaliyyətləri də özlərindən çox xalqın mənafeyinə görə olmalıdır..   9. Xüsusilə öz zamanında ehtiyac hiss edilən qaib elmlərinə vaqif olması. Çünki ancaq o sayədə yeni-yeni zühur ediləcək məsələləri həll edə bilər.  Qiyamət Əlamətləri, 189

Mehdinin vəhy elminə aid başqa bir xüsusiyyəti də əbcəd hesabını və ona aid sirrləri bilməsidir.

Cifr (Əbcəd) elminin bilinməsi

Taşköprülüzade Əhməd Əfəndi "Məvzuatul-Ulum" adlı əsərində (11/246) Mehdinin cifr elminə vəqf olacağını yazmışdır:

Bəziləri dedilər ki, bu kitabı kamal-i vukuf axırzamanda hurucu müntəzər hz. Mehdinin hurucuna həbs olunmuşdur ki, onlar cifr elminə vəqf və sirrlərinə arif olarlar. Kitab-ı ənbiyani salifədən belə bu elm varid olmuşdur.  Mehdilik və İmamiyyə , 252  

İslah edilməsi

Hz. Əlinin rəvayətinə görə, Rəsulullah (s.ə.v.) belə buyurdu.  Mehdi bizdən Əhl-i Beytdəndir. Allah onu bir gecədə islah edər (yəni tövbəsini qəbul edər və ya ona hikmət verər.)  Sünən-i İbni Mace, 10/348  Naim Əbu Səid-əl Hudridən təhric etdi. Peyğəmbər (s. ə. v. ) buyurdu:  Allah Mehdini bir gecədə islah edər. (yetkinləşdirər)  Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Axırzaman, 54/19 

Əbu Nuaymın rəvayətində Rəsul-i Əkrəm (s.ə.v.) belə buyurmuşdur: Ey Əhl-i Beyt! Mehdi bizdəndir. Əziz və Cəlil olan Allah onu bir gecədə islah və irşad edəcək. Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, 437  

 İşari mənada ayə tərcüməsi: 93/7 "Və səni yol bilməz ikən, doğru yola yönəldib çatdırmadımı?"    

Peyğəmbərlik yolunda olması

 Hz. Huzeyfidən rəvayət edilmişdir: Aranızda "Peyğəmbərlik" Allah’ın istədiyi qədər davam edər, sonra onu qaldırmağı istədiyi zaman da qaldırar. Və Allah’ın arzu etdiyi qədər davam edən "Şiddətli bir Məliklik" idarəsi gəlir. Sonra onu qaldırmağı istədiyi zaman qaldırar. Sonra zorba bir idarə gəlir. Sonra da "Peyğəmbərlik yolunda olan bir xilafət" gəlir.  Ramız əl-Əhadis, 1/257 (Əbu Davud "Tayalisi" -Əhməd b. Hanbəl "Müsnəd"indən)  İsa əleyhissalam və Mehdi əleyhirridvan isə birinci yoldan çatırlar. Birinci yol isə kurb-ü peyğəmbərlikdən ibarətdir. Təvəssüt rəftarı orada yoxdur. Hər kim bu yoldan çatarsa, onun üçün arada bir hail və bir vasitə yoxdur. Hətta o, feyizləri və bərəkətləri hər hansı bir kimsənin təvəssütü olmadan alar. Çünki təvəssüt və hail ancaq digər yoldadır. Bu yerin rəftarı isə digərindən ayrıdır.  Məktubat-i Rəbbani, 534 Məktub, 2/763-764 Sual: Mücəddid üçün belə necə deyilə bilər? Çünki, Həzrət-i İsa göydən enəcək və mücəddid olacaq. Həzrət-i Mehdi də çıxacaq və mücəddid olacaq. Bunların verəcəkləri bolluqları və bərəkətləri hər hansı bir kimsənin təvəssütü olmadan alar. Çünki təvəssüt və hail ancaq digər yoldadır. Bu yerin rəftarı isə digərindən ayrıdır. Cavab: Bolluq üçün vasitə olmaq yuxarıda bildirdiyimiz iki yoldan tək ikincisindədir. Birinci yolda, yəni (kurbu peyğəmbərlik) deyilən yolda bolluq və hidayət vasitə ilə gəlməz. Bu yolda yüksələn arada vasitə və pərdə olmadan vasil olar. Heç bir kimsə vasitə və pərdə olmadan bolluqlara və bərəkətlərə qovuşar. Vasitə olmaq və pərdə olmaq (Kurb-i vilayət) deyilən yoldadır. Bu iki yolu bir-birinə qarışdırmamalıdır. Həzrət-i İsa (ə.s.) və həzrət-i Mehdi (ə. s.) peyğəmbərlik yolu ilə çatarlar. Seyhayn, yəni həzrət-i Əbu Bəkir ilə həzrət-i Ömər (r.ə.) də peyğəmbərlik yolu ilə qovuşmuşlar. Rəsulullahın (s.ə.v.) himayəsi altındadırlar. Şanları çox yüksəkdir.  Səadət-i Əbədiyə h. Helmi İsik, 836 (Məktubat-i Rəbbanidən 123. Məktub)

Peyğəmbərlik "nəbi" kökündən gəlib, peyğəmbərlərin Allah’ın əmriylə vəzifəli olaraq insanları doğru yola dəvət etmələri vəzifəsini təsvir edir.

Allah dilədiyi quluna Peyğəmbərlik vəzifəsi verər. Peyğəmbərlik iş və istəməklə əldə edilməz. Mehdilik vəzifəsi də eyni şəkildə Allah’ın diləməsiylə onun istədiyi şəxsə verilər. Mehdi bu mövqeyə öz səyi ilə gəlməyəcək. Vəlayət mövqeyinə çatmaq üçün bir səy və cəhd lazım olarkən Peyğəmbərlik yolu üçün belə bir şərt yoxdur, burada seçilmək söz mövzusudur. Peyğəmbərlik yolunun Vəlayət yolundan digər fərqləri isə:

1. Bu yolda hidayətlər, bolluqlar birbaşa onlara çatar, arada hər hansı bir vasitə (mürşid) yoxdur.

2. Peyğəmbərlik yolu peyğəmbərlərin yoludur, onların təbliğ metodu və mübarizə tərzi bu söz ilə ifadə edilir. Mehdi də bu yoldan olacağına görə onun mübarizə şəkli də eynilə peyğəmbərlər kimi olacaq.

3. Vəlayət yolunda ümumiyyətlə içə dönük bir quruluş mövcuddur. Təriqətlər bu qrupa girər. Bağlıların öz nəfslərini islah etmələri bu yolun əsasıdır. Peyğəmbərlik yolu isə peyğəmbər yolu olduğu üçün davamlı mübarizə və təbliğ ilə, yəni bütün insanlara istiqamətli ictimai bir quruluş ilə qarşımıza çıxar.

Çətinlik və sıxıntılarla qarşılaşması

 Mehdi, bizdən, Əhl-i Beytdəndir.  ...Abdullah b. Məsuddan (r.ə.); Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:   ...Biz elə bir ev xalqıyıq ki; Allah bizim üçün axirəti dünyadan üstün tutmuşdur. Mənim Əhl-i Beytim şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə məruz qalacaq.  Məndən sonra Əhl-i Beytim bəla və məşəqqətlərlə qarşılaşacaq və hücumlara məruz qalacaqlar.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 14

Bütün ənbiya (ə.s.) və övliya (r.ə.) Allah-u Təalanın göndərdiyi dini təbliğ etdiklərinə və yaydıqlarına görə insanlar tərəfindən qəbul edilməmiş, onların müxtəlif ittiham və böhtanlarına məruz qalmışlar.

Allah’u aləm Əhl-i Beytdən gələcək olan hz. Mehdi (ə. r.) də bu kimi əziyyət və çətinliklərlə qarşılaşacaq. Aşağıdakı peyğəmbərimizin hədisi belə bir vəziyyəti "Mehdinin beət əsnasında özünün bir çox qəhr və haqsızlığa uğradığını insanlara açıqlayacağını" xəbər verir.

 Naim b. Hammad Hz.Əlidən (r.ə.) rəvayət etmişdir: ...Mehdi Rəsulullahın bayrağı ilə insanların başlarına bəla üzərinə bəla yağdığı və çıxışından ümid kəsildiyi bir sırada çıxar. İki rükət namaz qılar. Namazdan gələndə belə deyər: "Ey insanlar! Ümmət-i Muhəmməd və xüsusilə onun əhl-i beyti çox bəlalar gördü, və bizlər qəhr və haqsızlığa məruz qaldıq." Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 55

 Rəsulullah (s.ə.v.) əfəndimiz belə buyurmuşdur:  - Dinində kavi, güclü olanın başına gələcək bəlalar böyük olar. (1) -Haqq Təala bir qulunu sevər və ya özünə yaxınlaşdırmaq istəsə, üzərinə bəla və müsibətləri ard-arda göndərər. (2) -Haqq Təala bir kimsəyə bir xeyir dilədimi, ona bəla və müsibət verər (3) (1) Ibni Hibban (2) Ibni Əbid Dünya (3) Imam Malik və Buxari  

Aşağıdakı hədisdə də İstanbulu fəth edəcək hz. Mehdi (ə. r.) və köməkçilərində fəthdən əvvəlki dövrdə xəstəlik, çətinlik və hüznlərin olacağı və daha sonra bu çətinliyin aradan qaldırılacağı bildirilir.

Allah Konstantiniyyəni (İstanbulu) çox sevdiyi dostlarının əhlinə fəth edəcək... Onlardan xəstəliyi və hüznü qaldıracaq. Qiyamət Əlamətləri, 181

Allah’u Təala Quran-i kərimdə bir çox peyğəmbərin yalanlanmaq, dəlilik və cadugərliklə günahlandırılma, xəstəlik, haqsız yerə zindana atılma... kimi müxtəlif çətinlik və əziyyətlərlə qarşılaşdığını, lakin bütün bunlara səbr edilməsi lazım olduğunu xəbər verir.

İşari mənada ayə tərcümələri:  6/34- "And olsun səndən əvvəl də elçilər yalanlandı; onlara, köməyimiz gələnə qədər yalanlandıqları və əziyyətə uğradıldıqları şeyə səbr etdilər..." 44/14- Sonra, ondan üz çevirdilər və dedilər ki: "(Bu,) sehirlənmişdir, bir dəlidir."  51/52- Onlardan əvvəlkilər də bir elçi gəldikdə, mütləq: "Cadugər və cinlənmişdir" demişlər. 23/25- "O, özündə dəlilik olan bir adamdan başqası deyil, onu müəyyən bir müddət izləyin." 26/29- (Firon) dedi ki: "And olsun, məndən başqa bir ilah etsən, səni mütləq həbsə atacağam." 33/69- Ey iman gətirənlər, Musaya əziyyət edənlər kimi olmayın; ki sonunda Allah onu, deməkdə olduqlarından təmizə çıxardı. O, Allah’ın yanında çox ehtiram edilən bir şəxsdir. 37/97- Dedilər ki: "Onun üçün (yüksək) bir bina tikin də onu dəlicə yanan atəşin içinə atın." 68/51- O inkar edənlər, zikri (Quranı) eşitdikləri zaman səni az qala gözə gətirələr. "O, həqiqətən bir dəlidir" deyirlər. 46/35- Artıq sən səbr et; Rəsullardan əzm sahiblərinin səbr etdikləri kimi, onlara əzabın tez gəlməsini istəmə..."    

İzlənilməsi-təqib edilməsi

Əbu Səid Əl-Hudrinin (r.ə.) rəvayətində Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:  Dəccal çıxınca, ona qarşı möminlərdən bir adam (Mehdi) yönələr. O mömin kimsəyə bir çox silahlılar Dəccalın mərkəzlərdə izləyən silahlıları qarşı çıxarlar. Mehdilik və İmamiyyə 37, (Səhih-i Müslim, 11/393dən nəql edilmişdir)
Qeyd: Bu hədis uzun bir hədisdir, hamısı irəlidə izah ediləcək.

Hədisin başlanğıcında Mehdinin Dəccalın silahlı adamları tərəfindən izlənildiyi və təqib olunduğu bildirilir. Əvvəlki dövrlərdə də tovhid mübarizəsində olmuş bəzi peyğəmbərlərin də təqib olunduğu, beləcə nəzarət altında saxlanılmaq istənildiyini Quran-i kərimdən öyrənirik.

23/25- "O, özündə dəlilik olan bir adamdan başqası deyil, onu müəyyən bir müddət təqib edin."

"Mehdilik və İmamiyyə" adlı tədqiqat aparan tədqiqatçı bu hədis haqqında bu izahları edir. Əbu İshaq və Mamər kimi ravilər bu şəxsdən məqsəd Xızırdır (a. s. ) demişdirlərsə də, biz hz. Mehdi (ə.s.) olduğu qənaətindəyik. Hədis bunu göstərir. Hədisin əvvəlində dəccalın mərkəzdə təqib edən silahlı əsgərlərindən bəhs edilir. Bu halda dəccal böyük bir orduya və ya hökumət gücünə sahib olacaq. Ona qarşı çıxan Mehdiyə gücünü istifadə edərək əziyyət edir və təsirsiz hala gətirməyə çalışır. Hədisin ifadəsinə görə artıq o şəxsin kürəyi və qarnı döyə-döyə genişlədilir. Yəni dayanmadan ətrafa elan edilib yayılır. Bu vaxt Mehdini təsirsiz hala gətirdiyini zənn edən Dəccal qarşısında Mehdinin ordusunu görür. Artıq Dəccal Mehdini məhkum edə bilmir, bunu isə hədis belə ifadə edir: "Ey insanlar, şübhəsiz ki, artıq Dəccal mənə etdiyi bu işi insanlardan heç bir kimsəyə edə bilməyəcək. Elə bu anda o möminin boyu ilə körpücük sümüyü arası bir mis lövhə halına gəlir ki, artıq Dəccal onu kəsməyə heç bir yol tapa bilmir." Son ifadələr çox diqqət çəkicidir. Boyun ilə körpücük sümüyünə gəlincə, hamımız bilirik ki, edam ediləcək adamın günahları bir kağıza yazılıb boynuna asılır. Bu halda hədisdə bu qisim mis lövhə halına gəlir dediyinə görə Dəccal Mehdiyə artıq qılınc keçirə bilməyəcək (ona heç bir şey edə bilməyəcək). (Mehdilik və Imamiyyə 39)

Dəccalın Mehdiyə əziyyət etməyə çalışması

 Əbu Səid Əl-Hudrinin (r.ə.) rəvayətində Rəsulullah (s.ə.v) buyurdu ki: Dəccal çıxınca, ona qarşı möminlərdən bir adam (Mehdi) yönələr. O mömin kimsəyə bir çox silahlılar, Dəccalın mərkəzlərdə təqib edən silahlıları qarşı çıxarlar. Və özünə: Hara getməyi nəzərdə tutursan? deyə soruşarlar. O da: Bu çıxan kimsəni (yəni Dəccala) qarşı getməyi nəzərdə tuturam, deyər. Dəccalın tərəfdarı ona: Sən bizim Rəbbimizə inanmırsanmı? soruşar. O şəxs də: Bizim Rəbbimizdə heç bir gizlilik yoxdur deyər. O birilər də: Bunu öldürün, deyərlər. Bu sözün üstündən tərəfdarların bir qismi digərlərinə:  Sizin Rəbbiniz, öz izni olmadan hər hansı bir kimsəni öldürməkdən sizləri məhrum etmiş deyilmi? Mütəakibən o şəxsi Dəccalın yanına apararlar: Mehdilik və Imamiyyə 37    

Dəccal özünə qarşı çıxan Mehdini öldürmək istəməz, ona çətinlik verər, əziyyət edər. Əvvəl onu insanların gözündə qaralayaraq təsirsiz hala gətirməyə çalışar, müvəffəqiyyətsiz olduğunu görüncə bu səfər onu insanlardan ayıraraq uzaqlaşdırar, hədisin ifadəsiylə firladıb atar.

"Mehdilik və İmamiyyə" yazıçısı izahına belə davam edir: Onu zindanlarına atmaqla bir atəş içinə atdığını zənn edər. Halbuki, onu cənnətə atmışdır. Çünki mömin cəhənnəmdə olsa belə könülü cənnətdədir. Müslim-i Şərifin tərcüməçisi Məmməd Sofuoğlu buradakı cənnətin dünya bağçalarından bir bağça olduğunu söyləyər. Bu halda aydın olur ki, Dəccal Mehdini kimsəsiz yerlərə sürgün edəcək, amma onun sürgün etdiyi yerlər bağlıq yerlər olacaq.  Mehdilik və Imamiyyə 40 

Haqqında mənfi təbliğat aparılması

 Mömin şəxs (Mehdi) Dəccalı görüncə:  Ey insanlar! Rəsulullahın zikr etdiyi Dəccal budur, deyər. Dəccal dərhal onunla bağlı əmrini verər, o şəxs qarnı üzərinə uzadılar və arxasından:  Onu alın, yaralayın! deyər. Artıq o şəxsin kürəyi və qarnı döyə-döyə genişlədilər.  Bu səfər onu iki əli və iki ayağı ilə tutar, firladıb atar. İnsanlar Dəccalın onu bir atəş içinə atdığını zənn edərlər. Halbuki, o bir cənnət içinə atılmışdır.  Mehdilik və İmamiyyə 40  

Hədisdə Mehdinin "kürəyi və qarnından döyülə-döyülə genişlədilməsi" mütəşabih olaraq (bənzətmə edilərək ) deyilmişdir. Mehdilik və İmamiyyə kitabının yazıçısı Mehdinin səsi "Dayanmadan ətrafa yayılır" deyir. Lakin bunu Dəccal tərəfdarları edəcəyi üçün bu təbliğatın Mehdini pisləmə şəklində olacağını söyləyə bilərik.

Peyğəmbərimiz dövründə İslam düşmənləri, onu pisləmək üçün o dövrün nəşriyyat orqanı sayılan şairləri istifadə edirdi. Şairlər yarmarkalarda, bazarlarda peyğəmbərə müxtəlif təhqirlər edir, ona dəli, cadugər, kahin deyirdilər. İndi də İslam düşməni olan Dəccal tərəfdarları yazılı və şifahi nəşriyyat orqanlarıyla Mehdini pisləyəcəklər, xalqın nəzərində etibarını sarsıtmağa çalışacaqlar. (Allah’u aləm) Hədislərdə Mehdinin başlanğıc illərinin çətinlik və sıxıntı dolu mübarizə illəri olduğunu gördük. "Qızıl Əsr" olaraq izah etdiyimiz dövr Mehdinin xəlifə olduğu son dövrlərdir. Mehdi və Müsəlmanlar ancaq bu dövrdə rahatlığa, bolluğa, dincliyə qovuşacaqlar və sevgiyə, barışa, qardaşlığa əsaslanan bir həyatı bu dövrdə yaşayacaqlar.

 İşari mənada ayə tərcüməsi: 93/4-5 " Şübhəsiz sənin üçün son olan ilk olandan (axirət dünyadan) daha xeyirlidir. Əlbəttə Rəbbin sənə verəcək, beləcə sən məmnun qalacaqsan."

Hicrəti

 O Qüdsdə hicrət edəcək. Bu hicrətdən sonra Mədinə korlanıb vəhşilərin sığınacağı olacaq. (İmam Suyuti, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, s. 1699, sf.174)

Hilyəsi

 O, açıq alınlı, kiçik burunlu, iri gözlü, dişləri parlaq və seyrək bir adamdır. Sağ yanağında incini xatırladan, bir ulduz kimi üzünü işıqlandıran bir işarə vardır.... (İmam Suyuti, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, s. 1699, sf.174)

Danışması

 Dilində ağırlıq vardır. Yavaş və ağır danışdığı zaman sağ əlini sol dizinə vurar. Qırx yaşındadır. (İmam Suyuti, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, sf.1699, sf.174)

İzlənmə sayı: 1551