Hz. Süleymanın həyatından axırzamana işarələr »

Allah hz. Süleymana quşların danışıq dilini öyrətmiş və bu üstün elm sayəsində ordusunda quşlardan ibarət olan bir bölük qurmasını təmin etmişdir. Hz. Süleyman bu səbəblə quşlarla əlaqə qurmuş, onlara dilədiyi şəkildə hökm edə bilmişdir. Bu vəziyyət tamamilə Allah’ın hz. Süleymana olan rəhmətinin bir nəticəsidir.

... Ey insanlar, bizə quşların danışma dili öyrədildi və bizə hər şeydən (bol bir nemət) verildi. Həqiqətən bu, açıq-aşkar bir üstünlükdür. (Nəml surəsi, 16)

Hz. Süleyman qissəsindəki bu məlumatdan bəzi əhəmiyyətli nəticələr çıxır:

- Quşların, digər insanların eşidə bilmədiyi xüsusi bir dalğa boyunda, özlərinə xas bir danışmaları var. Hz. Süleymana bu xüsusi tezlikdəki danışmağı anlaya biləcək bir elm verilmişdir. Bu texnoloji bir imkanla da mümkün ola bilər.

- Süleyman Peyğəmbər quşların bu fərqli tezliklərdəki səsli ünsiyyətini anlaması sayəsində onlara müxtəlif əmrlər vermiş, quşlar da onun bu əmrlərini yerinə yetirmiş ola bilərlər. (Ən doğrusunu Allah bilər.)

- Hz. Süleyman quşları bəzən xəbər daşımada, bəzən də kəşfiyyat toplamada istifadə etmiş və bu şəkildə çox əhəmiyyətli nəticələr əldə etmişdir. Bu elm onun digər ölkələrlə ünsiyyətini asanlaşdırmış, çox çətin çatıla biləcək bölgələrə rahatlıqla çatmasına imkan vermişdir. (Ən doğrusunu Allah bilər)

Quşların səs telləri yoxdur. Səs çıxarmaq üçün bir quşun səs qutusu boyu titrəşmələr göndərilir. Bu səs qutusuna nə qədər çox əzələ bağlıdırsa, o qədər çox səs çıxara bilir. Məsələn, bülbüllərin çox əzələsi var və bir çox fərqli səs çıxara bilirlər.

Xüsusilə meşələr, otlaqlar və bataqlıqlar kimi, bitkilərin görməyə mane olduğu yerlərdə ünsiyyət quşlar üçün çox əhəmiyyətlidir. Quşlar mahnı oxumaq, qışqırmaq, yüngülcə vurmaq və baraban səsi çıxartmaq kimi üsullarla ünsiyyət qururlar. Hər növün özünə xas mahnısı, ya da mahnıları var. Hətta bəzi quşların bir düjndən çox fiti və mahnısı var. Bəzi quşlar da digər növlərin mahnılarını, ya da insanları təqlid edə bilirlər.

- Bu ayə ilə axırzamanda bənzəri istifadə ediləcək üstün bir texnologiyanın varlığına diqqət çəkilə bilər. Bu qissədə keçən quşlarla bildiyimiz quşlara deyil, bu gün istifadə edilməkdə olan pilotsuz təyyarələrə də işarə edilə bilməsi mümkündür.


... Və daha sizlərin bilmədiyiniz nələri yaradır?
(Nəhl surəsi, 8)

- Bunlardan başqa, hz. Süleyman digər ölkələr və düşmənləri haqqında kəşfiyyat əldə etmək üçün quşlara cihaz yerləşdirmiş, bu şəkildə həm görüntü, həm də səs qeydi əldə etmiş, əldə etdiyi qeydləri ölkəsinin rəhbərliyində müxtəlif şəkillərdə istifadə etmiş ola bilər.

- Hz. Süleymanın cinlər və şeytanlar üzərində böyük bir hakimiyyəti olduğu məlumdur. Allah Səba surəsinin 12-ci ayəsində "... Onun əli altında Rəbbinin iznilə iş görən bir qisim cinlər vardı..." şəklində bildirir. Ənbiya surəsinin 82-ci ayəsində isə "... Onun üçün dənizdə dalğıclıq edən və bundan başqa iş(lər) də görən şeytanları da (əmrinə verdik)..." deyə buyurulur. Bu yönüylə düşünüldükdə quşların quş görünüşündəki cinlərdən meydana gələn bir ordu ola biləcəyi ağla gəlir.

QUŞLARIN ÖZ ARALARINDAKI ÜNSİYYƏT DİLİ

Quşların öz aralarında xüsusi bir ünsiyyət dili var və bunun üçün səslərini çox ustalıqla istifadə edirlər. Quşlar müəyyən səs tezliklərini -UV-A dalğa boyu- istifadə edərək ünsiyyət qururlar. Bizim eşitmədiyimiz səs dalğalarında razılaşdıqları üçün biz bunları qavraya bilmirik. Quşlar balalarını, ana-atalarını, yoldaşlarını bu səslərlə tanıyır, sürülərinin yığışmasını təmin edir, təhlükələrdən bir-birlərini xəbərdar edirlər. Ünsiyyət tezliklərini dəyişdirə bilir, çox sürətli məlumat daşıyırlar.


- Həmçinin başqa bir ehtimal da ayədə danışılan quşların cinlər vasitəsiylə istiqamətləndirilməsidir. Və Süleyman Peyğəmbər də cinlər vasitəsilə quşlara istədiyi bütün işləri etdirmiş ola bilər.

- Quran Allah’ın qiyamətə qədər bütün insanlar üçün etibarlı etdiyi kitabıdır. Başqa sözlə, hz. Süleyman qissəsində izah edilən hadisələrin bənzərləri axırzamanda da yaşanacaq ola bilər. Bu ayələr Allah’ın cinləri və şeytanları axırzamanda da insanların xidmətinə verəcəyinə işarə ola bilər. Yenə bu qissədə işari mənada diqqət çəkilən yüksək texnologiyadan axırzamandakı insanların çox sıx olaraq istifadə edəcəyinə diqqət çəkilə bilər. (Ən doğrusunu Allah bilər.)

Ultrasonik və transonik olaraq adlandırılan səslər insan eşitməsinə görə çox üstün olan səs dalğalarıdır. Bir çox quş, böcək və ya gəmirici, yarasa, it, pişik, rakun kimi məməlilər bu yüksək tezlikləri eşidir və bunlarla ünsiyyət qurur. Amma insanlar bu səsləri eşidə bilmir və buna görə həmin canlılar arasındakı ünsiyyəti də qəbul edə bilmirlər. Ancaq ayələrdə gördüyümüz kimi, Allah hz. Süleymana bu səsləri qəbul edə biləcək bir elm və texnologiya vermiş ola bilər.

İzlənmə sayı: 1864