Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə öyüd və xatırlatma olan bir əhvalat danışacağam”. (Kəhf Surəsi, 83)
Ayədə keçən "öyüd və xatırlatma" ifadəsi çox əhəmiyyətlidir. Çünki tarix boyu hz. Zülqərneyn qissəsi müxtəlif şərhçilər tərəfindən çox fərqli şəkillərdə izah olunmuşdur.
Ancaq Allah hz. Zülqərneyn qissəsinin ilk ayəsində bu qissənin qeyd olunmasının hikmətlərindən bəzilərini bizlərə açıq bildirir: Möminlərə bir xatırlatma, öyüd vermə və hikmət bildirmə...
Hz. Zülqərneyn güclü bir iqtidara və üstün bir elmə sahibdir
Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. O, (yer üzündə gəzib dolaşmaq üçün) səfərə çıxdı. (Kəhf surəsi, 84-85)
Ayələrdən hz. Zülqərneynin ölkəsində problemlərin yaşanmadığı, iqtidarının çox möhkəm və güclü olduğu aydın olur.
Allah ayədə keçən, "ona hər şeydən bir yol (səbəb) verdik" ifadəsiylə hz. Zülqərneynə hər şeyə həll və əlac tapma gücü verdiyinə diqqət çəkir. Hz. Zülqərneyn çox ağıllı, fərasətli və bəsirət sahibi bir mömindir. Allah’ın verdiyi bu üstün xüsusiyyətlər sayəsində mürəkkəb kimi görünən hər cür problemə dərhal həll tapmr, çatışmazlıqları aradan qaldırır.
Hz. Zülqərneynin qərbə səfəri
Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!” (Kəhf surəsi, 86)
... günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü.... (Kəhf surəsi, 86)
Hz. Zülqərneynin əvvəlcə qərbə doğru getdiyi aydınlaşır. Günəşin batdığı yer olaraq təsvir edilən bu bölgə dünyanın ən qərb nöqtəsi ola bilər. Əgər Avropa qitəsi əsas olaraq alınsa bu bölgə Avropa qitəsinin ən uc nöqtəsi olan İspaniya və Cəbəllütariq Boğazının ətrafı ola bilər. Afrika qitəsi əsas olaraq alınsa bu dəfə də bu qitənin ən qərbdəki nöqtələri olan Mortaniya və Seneqal kimi bölgələrə işarə etdiyi düşünülə bilər. Ancaq xəritə ilə qiymətləndirdikdə ən qərb nöqtənin Afrika qitəsinə işarə etdiyi aydın olur. (Ən doğrusunu Allah bilər).
Ayələrdə Hz. Zülqərneynin yönəldiyi bu qərb bölgəsini təsvir edərkən istifadə edilən başqa bir təsvir isə "qara palçıqlı çeşmə" ifadəsidir. Bu ifadənin ərəbcəsi "aynin hamiə"dir. Bu ifadədəki "ayn" sözü "çeşmə, mənbə, bulaq, qaynaq" mənalarına gəlir. "Hamiə" sözü isə "qara palçıq, bulanıq, palçıqlı" mənalarındadır.
Günəşin dəniz kənarında batışını uzaqdan izləyən bir adam günəşi dənizə girirmiş kimi görür. Ya da dağın arxasından günəş batarkən, uzaqdan baxdıqda sanki günəş dağa girirmiş kimi hiss edilir. Bu adamın olduğu yerə və dünyagörüşünə bağlıdır.
Hz. Zülqərneyn ayədə təsvir edilən bölgəyə çatdıqda orada bir cəmiyyətlə qarşılaşır. O cəmiyyətə qarşı necə davranması lazım olduğunu isə Allah ona bildirir. Hz. Zülqərneynin verəcəyi qarşılıq hüquqi bir qarşılıqdır. Gözəlliklə və yaxşılıqla davranana gözəl cavab verilərkən, pisliyi, zülmü və üsyanı özlərinə rəhbər edənlərə də ona görə bir cavab veriləcək. Bu qarşılığın necə olacağı isə hakimin səlahiyyətindədir. Bu ifadədən Hz. Zülqərneynin dövlət başçılığı vəzifəsi ilə yanaşı hakimlik səlahiyyətinə də sahib olduğu aydın olur. Hz. Zülqərneyn o dövrdə mövcud olan cəza hüququna görə ya həbs cəzası, ya nəzarət, ya da başqa bir cəza tətbiq edir.
Hz. Zülqərneyn yalnız bir dövlət adamı və hakim deyil, eyni zamanda bir mürşiddir
O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaqdır. O da ona ağır bir əzab verəcəkdir! İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 87-88)
Hz. Zülqərneyn söhbətlərində dərhal Allah’ı və axirət gününü xatırladır, yəni onlarla müsəlmanca danışır. Ayələrdə keçən ifadələrdən hz. Zülqərneynin müsəlman bir idarəçi, dövlətinin isə müsəlman bir dövlət olduğu; təbəəsi altındakı insanları öyrətdiyi, onlara Allah’ın razılığına uyğun tərzdə hökm etdiyi açıqca aydın olur.
Hz. Zülqərneyn qarşılaşdığı birliyi dərhal Allah’a imana, səmimiyyətə, Quranda bildirilən saleh əməlləri, ibadətləri yerinə yetirməyə dəvət edir. Bu kəsləri təşviq etmək üçün dünya və axirət həyatındakı qarşılığa diqqət çəkir, beləcə onları hidayətə çağırır.
Hz. Zülqərneynin şərqə səfəri
Sonra o, yoluna davam etdi. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq. Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq. (Kəhf surəsi, 89-91)
Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü.. (Kəhf surəsi, 90)
Zülqərneyn ikinci dəfə yola çıxdıqda bu dəfə şərq tərəfə doğru gedir. Ayədə keçən bu ifadə ilə ehtimalla yenə xəritəyə görə ən şərqdəki Koreya, Çin, ya da Şimali Çin (Mançurya) kimi bölgələrə işarə edilə bilər.
Ayənin davamında hz. Zülqərneynin "... özləri üçün (günəşə) qarşı heç bir örtük yaratmadığımız qövm" ilə qarşılaşdığından bəhs edilir. Ayədə keçən örtük sözünün ərəbcəsi "sitrən"dir və bu söz "örtmək, gizləmək" mənasına gələn ərəbcə "sətərə" felindəndir. Buradan aydın olduğu kimi, örtük sözü bu ayədə, "paltar ya da binadan ibarət örtük" mənasında istifadə edilir.
Başqa sözlə, həmin birlik, içində sığına biləcəkləri bir evləri olmayan, düz bir ərazidə yaşayan, günəşdən qoruna biləcəkləri sığınacaqları, çətirləri və ya hər hansı başqa bir vəsaitləri olmayan, çöldə yaşayan köçəri bir birlik ola bilər. Gecələri işləyib, gündüzləri də yeraltında bir sığınacaqda yaşayan bir cəmiyyət də ola bilərlər. Eyni zamanda geyimləri olmayan, ibtidai şərtlərdə, mədəni olmayan bir mühitdə yaşayan bir birlik olmaları da labüddür.
91-ci ayədə isə hz. Zülqərneynin geniş bir məlumata sahib olduğundan bəhs edilir. Geniş məlumat ifadəsinin ərəbcədəki qarşılığı "hubr"dır. Və bu söz "bütün incəlikləri və həqiqəti bilmə" mənasında istifadə edilir.
Hz. Zülqərneynin üçüncü səfəri
Sonra o, yenə yoluna davam etdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi. (Kəhf surəsi, 92-93)
Zülqərneyn üçüncü dəfə yola çıxdıqda bu dəfə geri qayıdır və ən şərq ilə ən qərb arasında bir bölgəyə çatır. Bura, Himalay dağlarında bir bölgə ola bilər. Necə ki, Bədiüzzaman Səid Nursi də həmin bölgələrə işarə edir və hz. Zülqərneynin "... Hind və Çindəki əkvam-i məzlumiyə təcavüzlərini dayandırmaq üçün o Himalay silsilələrinə yaxın iki dağ ortasında uzun bir sədd çəkdiyini və o əkvam-i vəhşiyənin hücumlarına çox zaman mane olduğunu..." (Bədiüzzaman Səid Nursi, 16. Lema, s. 101) xatırladır. Ustadın da ifadə etdiyi kimi, bu iki sədd iki dağ silsiləsi ola bilər.
Ayədə hz. Zülqərneynin yeni getdiyi bölgədə qarşılaşdığı birliyin demək olar ki, heç bir sözü qavramadıqları da ifadə edilir. "Heç bir söz" deyil, "demək olar ki, heç bir söz" deyilməsi bu birliyin fərqli bir dildə danışdığına işarə edə bilər.
Ancaq hz. Zülqərneyn bu qövmlə danışa bilir. Bu vəziyyətdə hz. Zülqərneyn ya xüsusi məlumatıyla bu fərqli dili anlayıb danışır, ya da yanında olan şəxslər bu dili anlayırlar. Bu ayə hz. Zülqərneynin yanında bu mövzularda məlumatlı olan bir qrupun olduğunu xəbər verir.
Ayələrdən hz. Zülqərneynin getdiyi hər yerdə səfalət, yoxsulluq və zəiflik olduğu aydın olur. Qərbdəki cəmiyyət də, şərqdəki cəmiyyət də ehtiyac içindədir. Şərqdəki cəmiyyət günəşdən qorunacaq bir sığınacaqları olmayacaq qədər böyük bir səfalətlə iç-içədir. İki səddin arasındakı xalq isə cəhalət içindədir, mədəni və texnoloji baxımdan inkişaf etməmişdir. Həmçinin özlərini xarici təhlükələrdən qorumaqdan aciz bir birlikdir. Bu səbəblə də ölkə böyük bir anarxiya təhlükəsiylə qarşı qarşıyadır. Hz. Zülqərneyndən kömək istəyənlərin ən mühüm səbəbi də elə bu yoxsulluq, cəhalət və qarışıqlıq ola bilər.
Hz. Zülqərneyn özündən kömək istənilən bir liderdir
Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc (tayfaları) yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” (Kəhf surəsi, 94)
Yəcuc və Məcucun törətdikləri fitnə-fəsad səbəbindən çətin vəziyyətdə olan bu qövm hz. Zülqərneyndən özlərinə kömək etməsini istəmiş, bu köməyin qarşılığında da ona vergi verməyi təklif etmişlər. Buradan hz. Zülqərneynin tək olmadığı, bir dövləti idarə etdiyi aydın olur. Hz. Süleyman kimi hz. Zülqərneyn də dövlət gücünə və əsgəri gücə sahibdir.
Ayədə işarə edilən başqa bir mövzu da hz. Zülqərneynin yanında, əvvəlki ayədə işarə edilən dil ekspertləri kimi, arxitektura və abadlıq işlərindən də anlayan bir qrup olduğudur. Hz. Zülqərneynin bu mövzularla maraqlandığı, arxitektura və abadlıq texnologiyasını yaxşı bildiyi də edilən kömək tələbindən aydınlaşır. Buna görə də digər dövlətlər ondan bu yöndə bir kömək istəyirlər. Bütün bu xüsusiyyətləri hz. Zülqərneynin dövlətinin gücünü anlamaq üçün də bir dəlil xüsusiyyətindədir.
Hz. Zülqərneynin həm qərbdə, həm də şərqdə belə böyük hörmət görməsi və təsirli olması onun dünyaya hakim olan bir dövlətin başında olduğunun göstəricisi ola bilər. Başqa sözlə, ayələrdən onun yer üzünə barış, ədalət və təhlükəsizlik gətirməklə məsul olduğunu bilən bir lider olduğunu anlayırıq. Özünü yalnız öz ölkəsindən deyil, dünyanın hər bölgəsindən məsul hiss edir.
Hz. Zülqərneyn qissəsiylə axırzamanda İslam əxlaqının da – hz. Zülqərneyndə olduğu kimi - bütün dünyaya hakim olacağına işarə edilir.
Hz. Zülqərneyn etdiyi kömək qarşılığında hədiyyə almamışdır
O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. (Kəhf surəsi, 95)
Quranda peyğəmbərlərin bu əxlaqıyla bağlı başqa nümunələr də var. Hz. Zülqərneynin təklif edilən maddi qarşılığı qəbul etməməsinin bir çox hikməti ola bilər. Bu hikmətlərdən biri alacağı bir köməyin qarşı tərəfdə meydana gətirə biləcəyi mənfi təsirlərə mane olmaq ola bilər. Çünki insanın maddi kömək etdiyi bir adama qarşı hörmətində, itaətində azalma ola bilər. Bu, insan psixologiyasında olan bir ruh halıdır. Ayədə edilən bir köməyin ödənişsiz, heç bir qarşılıq gözləmədən və mükafat olaraq edilməsinin əhəmiyyətinə işarə edilir. Heç şübhəsiz belə bir kömək həm sevgini, həm də bağlılığı daha çox artıracaq. Hz. Zülqərneyn də eynilə hz. Süleyman kimi, iqtisadiyyatı və xəzinəsi çox güclü bir dövlətin başındadır və bu zəngin dövlətin etdiyi köməyə bir qarşılıq gözləməyə ehtiyacı yoxdur.
Ancaq hz. Zülqərneyn maddi qarşılıq almadığı bu qövmün edəcəyi köməyə insan gücüylə dəstək olmalarını istəmişdir. Beləcə öz dövlətinin insan gücünü istifadə etməyi seçmir, kömək etdiyi qövmün yerli xalqını vəzifələndirir, onlara müxtəlif məsuliyyətlər verir. Bu şəkildə, onlara sənəti və elmi öyrədir, mədəni və texnoloji baxımdan irəliləmələrini təmin edir. Həmçinin boş dayanan insan gücünü hərəkətə keçirir. Beləcə həm öz dövlətinin xəzinəsindən lazımsız xərclərə yol vermir, həm də öz müdafiələrində onları vəzifələndirməklə onları ölkələrinə fayda verən hala gətirir. Ədalətə, hörmətə və haqqaniyyətə söykənən belə bir əlaqə heç şübhəsiz qarşılıqlı etibarı və xalqın dəstəyini asanlıqla əldə edə bilər.
Hz. Zülqərneyn inkişaf etmiş bir inşaat texnologiyası istifadə etmişdir
Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını (dəmir parçaları ilə) doldurduqda: “Körükləyin!”– dedi. (Dəmir) közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi. (Kəhf surəsi, 96)
Ayədə hz. Zülqərneynin iki dağ arasındakı bu möhkəm səddi inşa edərkən dəmir və ərimiş misi (bəzi təfsirçilərə görə qatranı) istifadə etdiyi xəbər verilir. Hz. Zülqərneyn səddi inşa edərkən dəmir kütlələrini müasir dövrün körpü istehsal texnologiyasındakı üsulla istifadə etmiş ola bilər. Bunun üçün dəmirlər uc-uca gətirilmiş, daha sonra birləşmə nöqtələrindən qaynaq edilmiş və beləcə böyük bir sədd meydana gətirilmişdir. İki dağın arasında dəmir-beton bir körpü də inşa etmiş ola bilər. Bu körpünü meydana gətirən dəmir kütlələrinin arasına əlavələr edib, qaynaqla bir-birlərinə yapışmalarını təmin etmişdir. Əvvəl dəmirlər çatılmış, sonra da ərimiş misi (ya da qatran) istifadə edərək dəmirləri bir-birinə yapışdırmışdır. Dəmirləri bir-birinə yapışdırmaq üçün də bir oyuq meydana gətirmiş və bu oyuqdan ərimiş haldakı misi axıtmış ola bilər. (Ən doğrusunu Allah bilər).
Qatran
Ayədə "əridilmiş mis" olaraq tərcümə olunan ifadənin bir mənası da "qatran"dır. Qatran dəmiri rütubət və dəniz suyundan qorumaq üçün istifadə edilən, şam ağacından və mədən kömüründən əldə edilən bir örtmə maddəsidir. Hz. Zülqərneyn qatranı dəmirin üzərinə axıtmış və bu sayədə dəmirin oksidləşib paslanmasına mane olmuşdur. Necə ki, bu gün müasir dəmir-beton texnologiyasıyla tikilən inşaat strukturlarında da bu sistem eynilə istifadə edilir.
Hz. Zülqərneyn dəmir-beton quruluşu meydana gətirmək üçün üzərinə qatran axıdılmış olan dəmiri qum, əhəng, çaylaq daşı və su qarışığı ilə birləşdirmiş ola bilər. Beləcə çox güclü və asan yıxılmayacaq bir sədd meydana gətirmiş ola bilər. Normal şərtlər altında qum və əhənglə hazırlanan bir tikinti materialı asanlıqla dəlinə bilər. Ancaq dəmirlə möhkəmlədilsə, bunun dəlinməsi mümkün olmaz. Bu dəmir-beton quruluşun üzərinə tətbiq olunan bir təzyiq nəticəsində dağılması, zərər görməsi, üzərindən keçmək üçün bir dəlik açılması çox çətindir. Xüsusilə də tərs və ya düz çarpaz şəklində düzülən dəmirlərlə meydana gətirilən bir dəmir-beton quruluşun o zamanki şərtlərdə dağılması Allah’ın diləməsi xaricində qeyri-mümkündür.
Hz. Zülqərneyn bu səddin tikintisi əsnasında hal-hazırda geniş bir şəkildə istifadə edilən anbar texnologiyasından da faydalanmış ola bilər. Bu da fərqli bir üsuldur. Bunun üçün aralarında sədd çəkiləcək olan iki dağ arasında bir anbar qurulması lazımdır. Əgər bu anbar tərs meylli olaraq tikilsə, belə bir vəziyyətdə bu səddin keçilməsi də əsla mümkün olmaz.
Hz. Zülqərneyn tərəfindən tikilən sədd keçilməmişdir
Yəcuc və Məcuc tayfaları nə (səddin) üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər. (Zülqərneyn) dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”. (Kəhf surəsi, 97-98)
97-ci ayədəki ifadə səddin yüksək olduğuna bir işarədir. Həmçinin o dövrün insanlarının bu səddi dəlməyə güc çatdıra bilməmələri isə səddin dayanıqlılığına diqqət çəkir. Bu dayanıqlılıq da yenə həmin səddin istehsalında, hal-hazırda bütün müasir inşaat strukturlarında istifadə edilən dəmir-beton texnologiyasına bənzər sistemlə tikildiyinin dəlillərindən ola bilər.
Həmçinin 98-ci ayədə bildirildiyi kimi, hz. Zülqərneynin səddin istehsalını tamamladıqdan sonra ilk xatırlatdığı şey Allah’ın Rəhman və Rəhim sifətləridir. O, bu səddin Allah’ın mərhəmətinin bir dəlili olduğunu və Allah diləmədikcə belə bir səddi inşa etməyi heç kimin bacara bilməyəcəyini çox yaxşı bilir. Bu səbəbdən də səddi inşa edənin Rəbbimiz olduğunu dərhal xatırlayır, beləcə insanların bu müvəffəqiyyəti özlərindən bilmə qəflətinə düşmələrinə mane olmaq istəyir.
Kəhf surəsinin 98-ci ayəsində hz. Zülqərneynin tikdiyi bu güclü səddin qiyamətə qədər möhkəm qalacağı da xəbər verilir. Ayədə keçən vəd sözü bir sonrakı ayədən də aydın olduğu kimi qiyaməti ifadə edir. Bu isə, səddin qiyamətə qədər qorunacağı mənasına gəlir.
İzlənmə sayı: 2628
© 2017 - Bu sayt Harun Yəhya (Adnan Oktar) əsərlərindən faydalanılaraq hazırlanmışdır. - Bu saytdakı bütün materialı saytı qaynaq göstərərək kopyalaya və çoxalda bilərsiniz