Hz. Muhəmmədin (s.ə.v) Müsəlmanlara “Kəhf” surəsini mütləq oxumalarını tövsiyə etməsinin hikmətlərindən biri Kəhf surəsinin axırzamana baxan çox əhəmiyyətli işarələr daşımasıdır. “Kəhf” surəsində axırzamanda çıxacaq Dəccaldan və onun yer üzünə yaymaq istədiyi dinsizlik axınlarından qorunmaq və insanlığa bəla gətirəcək bu fitnəyə qarşı mübarizə apara bilmək üçün işarələr, həmçinin Müsəlmanların istifadə edə biləcəyi dərslər var. Peyğəmbərimizin (s.ə.v.) axırzamanda bu surəni diqqətlə oxumağı və əzbər bilməyi tövsiyə etməsi bu vəziyyətə açıq bir işarədir. Həmçinin Əshabi Kəhfin inkarçı qövmü içində yaşadıqları, ardınca hz. Musanın Allah’ın rəhmət verdiyi bir adamdan öyrəndiyi dərin elm və bunun ardınca da hz. Zülqərneynin bütün dünyada hakimiyyət quraraq İslam əxlaqını yayması üzərində düşünülməsi lazım olan mövzulardır.
Diqqətlə oxuyanlar görəcəklər ki, bu surədə qiyamətə yaxın bir dövr olan axırzaman, axırzamanda geniş yayılan inkarçı sistemlərin tətbiqləri və Allah’ın bu batil sistemləri haqqı göndərərək darmadağın etməsi ilə bağlı çox əhəmiyyətli işarələr var.
Həmin dövr Allah’ın izniylə çox yaxındır və insanların bu mövzu üzərində dərin-dərin düşünmələri böyük əhəmiyyət daşıyır. Bu səbəbdən bütün Müsəlmanların “Kəhf” surəsi üzərində diqqətlə düşünmələri, hər bir ayəni digər Quran ayələri istiqamətində araşdırmaları və yadda saxlamaları çox vacibdir.
İzlənmə sayı: 1212
© 2017 - Bu sayt Harun Yəhya (Adnan Oktar) əsərlərindən faydalanılaraq hazırlanmışdır. - Bu saytdakı bütün materialı saytı qaynaq göstərərək kopyalaya və çoxalda bilərsiniz