“Kəhf” surəsindən axırzamana işarələr »

Quranda bəhs olunan keçmiş qövmlərə dair qissələr də insanlara bir çox mövzuda yol göstəricidir. Peyğəmbərlərin həyatları, qövmlərinə etdikləri təbliğlər və tətbiqləri iman gətirənlər üçün bir nümunədir. Bununla yanaşı, Quranda gələcəyə dair işarələr və möminlərin üzərində düşünməsi lazım olan bəzi sirrlər də vardır. Kəhf surəsi bunlardan biridir.

Kəhf surəsi Peyğəmbərimiz hz. Muhəmmədin və bir çox İslam aliminin diqqət çəkdiyi bir surədir. Kəhf surəsində bəhs olunan Kəhf və Rəqim əhlində, hz. Musa və elm sahibi adam ilə bağlı hadisələrdə və hz. Zülqərneyn qissəsində bir çox sirrlər və axırzamana işarə edən bir çox ifadələr var.

Kəhf surəsinin axırzamanla əlaqəsi olduğuna dair Peyğəmbərimizin (s.ə.v.) bir çox hədisi mövcuddur. Bu hədislərdən bəziləri bu şəkildədir:

Nəvvas b. Səman əl-Kilabidən (r.ə.) rəvayət edilmişdir.

"Sizdən kim Dəccala yetişsə Kəhf surəsinin əvvəlini onun üzərinə oxusun. Bu surənin sonu Dəccalın fitnəsindən qurtuluşunuzdur." (Sünən-i Əbu Davud, 5/121)

 

Əbu Ümamə el-Bahilidən rəvayət edilmişdir.

  "... kim onun (Dəccalın) cəhənnəminin bəlasına məruz qalsa, Allah’dan kömək diləsin və Kəhf surəsinin ilk ayələrini oxusun ki, atəş İbrahimə (ə.s.) olduğu kimi bu atəş də o kimsəyə soyuq və təhlükəsiz olsun." (Sünən-i İbni Mace Tərcüməsi və Şərhi, Haydar Hatipoğlu, Qəhrəman Nəşrləri, c. 10, s. 332)

"... Hər kim Dəccalın atəşi ilə sınağa çəkilsə, Allah’dan kömək istəsin və Kəhf surəsinin baş tərəfindəki ayələri oxusun. Bununla Dəccalın atəşi ona qarşı soyuq və təhlükəsiz olar." (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, İmam Şarani, Bədir Nəşriyyat, s. 494)

İzlənmə sayı: 1863