Qızıl Əsr »

Peyğəmbərimizin (s.ə.v.) hədislərində axırzamanla bağlı bildirilən başqa bir xəbər isə İslamdan uzaq din anlayışının tamamilə ortadan qalxmasıdır. Qızıl Əsrdə Peyğəmbərimizdən (s.ə.v.) sonra ortaya çıxan bidətlərlə dolu İslam anlayışı tamamilə düzələcək və din əslinə qayıdacaq. Hədislərdə bu mövzu ilə bağlı olaraq, axırzamanda bidətin qalmayacağı və "eyni peyğəmbər kimi dinin zərurətlərinin yerinə yetiriləcəyi" ifadə edilir. (Qiyamət Əlamətləri, s. 163)

Bilindiyi kimi, Peyğəmbərimizin (s.ə.v.) və səhabələrin vəfatından sonra dinin içinə Quran ilə tamamilə zidd olan xürafələr, Rəsulullahın adına saysız hədislər, hökmlər uydurulmuşdur. Və bunların bir çoxu günümüzə qədər gəlmişdir. Əsrlərlə davam edən bu müddət içində səmimi Müsəlmanlar bunları mümkün qədər ayırd edərək, dinin əslini ayaqda tutmağa çalışdılarsa da, bu gün İslam adına ortaya atılan bir çox mövzunun Quranda yerinin olmadığı açıq bir həqiqətdir.

Heç şübhəsiz nəyin dinə uyğun olub, nəyin uğun olmadığı mövzusunda müraciət edilə biləcək tək qaynaq Qurandır. Başqa sözlə, axırzamanda dinə sonradan əlavə edilmiş xürafələr, Quran ölçü alınaraq, bir-bir tətbiqdən qaldırılacaq. Ancaq bu şəkildə əsl din ortaya çıxacaq.

Bu gün bir çox adam din olaraq atalarından, babalarından gördükləri İslam anlayışını mənimsəmiş vəziyyətdədir. Bir qisim dindarlar da, din əleyhdarları da İslam olaraq bu dini ölçü götürürlər. Halbuki, həmin ənənəvi din anlayışının Qurandakı İslamla ziddiyyət təşkil edən bir çox yönü var. Bu ənənəvi din anlayışı əsassız əfsanələrdən saysız batil inanc və mərasimlərə qədər uzanan bir çox detala malikdir. Bu ənənənin davamçılarından din adına bir çox hekayə, rəvayət, dastan dinləmək mümkündür. Ancaq bu şəxslərin ağızlarından Quran ayələri və onların hikmətləri ilə bağlı tək söz belə çıxmır. Bu gün xalq arasında dindar olaraq tanınan bir çox insanın Quran ayələri mövzusunda olduqca məlumatsız olması vəziyyətin əyriliyini ortaya qoyur. Çox təəssüf ki, bu şəxslər Quranı özlərinə rəhbər etmək əvəzinə, müəyyən bir ənənənin gətirdiyi qəlibləri əsas olaraq qəbul edirlər. Belə olarkən də Quran ayələri haqqında düşünmək, onlardakı hikmətləri anlamağa çalışmaq kimi bir qayğıları olmur, Qurandan uzaqlaşaraq detallar içində boğulurlar. Halbuki, Quranın göz ardı edildiyi bir mühitdə əsl mənada İslamın bilinməsi və yaşanması qeyri-mümkündür.

Bir çox insanın İslamdan uzaq durmasının əsas səbəbi dinin olduğundan çox fərqli şəkildə təqdim edilməsidir. Bir çox adam bu ənənəyə söykənən dinin bir sıra məntiqsizliklərə əsaslandığını, saysız ziddiyyət ehtiva etdiyini fərq edə bilir, doğruların ortaya çıxarılmasını gözləyir. Belə ki, Allah axırzamanda dini əslinə geri qaytaracaq və Quran əxlaqını hakim edəcək. O dövr gəldikdə, insanların Allah’a yaxınlaşmasına, onun dinini yaşamasına mane olan hər şeyə son qoyulacaq, dinin əslində olmayan, sonradan əlavə edilmiş bir çox xürafə, inanc və ibadət şəkilləri İslamdan təmizlənəcək.

Qızıl Əsrdə yaşanacaq çox əhəmiyyətli başqa bir hadisə dinin əslinə qaytarılmasında səmimi Müsəlmanların səyi və cəhdidir. Bu dövrdə İslam aləmi içindəki ixtilaflar, ayrılıqlar ortadan qalxacaq. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi "Fütühat-ül Məkkiyə" adlı əsərində həmin mövzuda bunları söyləmişdir:

"...dini peyğəmbərin zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə təriqətləri aradan qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir təriqət qalmayacaq." (Məhəmməd B. Rəsul Əl Hüseyin Əl Bərzənci, Qiyamət Əlamətləri, s. 186-187)

Quranda İslamın yaşanması, çox asan bir din olduğu, hökmlərin çox açıq və dəqiq olduğu bildirilir. Nələrin yanlış, nələrin doğru olduğu, hansı davranışların cənnətə, hansılarının cəhənnəmə aparacağı çox açıq şəkildə Quranda izah edilmişdir. Quranda insanlar üçün lazım olan hər cür məlumatın olduğu bəzi ayələrdə belə vurğulanmışdır:

… Biz Kitabda heç bir şeyi nöqsan buraxmadıq, sonra onlar Rəbblərinə qayıdacaqlar. (Ənam surəsi, 38)

... Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, Müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik. (Nəhl surəsi, 89)

And olsun, biz bu Quranda, bəlkə öyüd alıb düşünərlər deyə, insanlar üçün hər bir nümunədən verdik. (Zumər surəsi, 27)

İslamın çox asan bir din olduğunu Allah başqa ayələrində belə bildirmişdir:

… O, sizləri seçmiş və din mövzusunda sizə bir çətinlik yükləməmişdir... (Həcc surəsi, 78)

Allah, heç kimə güc çatdıracağından artığını yükləməz... (Bəqərə surəsi, 286)

... Allah (ağır yükləri) sizdən yüngülləşdirmək istəyir: (Çünki) insan zəif olaraq yaradılmışdır. (Nisa surəsi, 28)

Əsl din yuxarıdakı ayələrdə də xəbər verildiyi kimi asanlıq üzərində qurulmuşdur. Peyğəmbərimiz də bir çox hədisində insanlara çətinlik çıxarılmaması lazım olduğunu ifadə etmişdir:

"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin." (Əl-Lülüü vəl-Mərcan, 2/296)

"Allah məni ruhbaniyətlə vəzifələndirmədi. Allah yanında dinin xeyirlisi asan tövhid yoludur." (ramız-Əl Əhadis, 2/498)

"Dində ifratdan çəkinin. Sizdən əvvəlkilər ancaq buna görə həlak oldular." (ramız-Əl Əhadis, 1/176)

Qızıl Əsr Allah’ın əmr etdiyi əsl dinin əksiksiz olaraq yaşanacağı bir dövr olacaq. Din səmimi Müsəlmanlar tərəfindən əslinə qayıdacaq.

İzlənmə sayı: 1059