Qızıl Əsr »

İnsanın ətrafını əhatə edən qeyri-adi görüntüləri görə bilməsi, gözəllikləri anlaya bilməsi üçün düşünməsi və araşdırması lazımdır. Quranda insanlar həmişə ətraflarındakı yaradılış dəlillərini görə bilmək üçün düşünməyə dəvət edilmişlər. İnsan ancaq bu şəkildə Allah’ın canlılar üzərində təcəlli etdirdiyi üstün ağılı və elmi təqdir edə bilər. Yer üzünün, səmanın, heyvanların, bitkilərin və insanların yaradılışında üzərində düşünülməsi lazım olan incəliklər gizlidir. Allah’ın insanları bu incəliklər üzərində düşünməyə dəvət etməsi ayələrdə bu şəkildə izah edilir:

Yeddi göyü təbəqələr şəklində quran odur. Sən Mərhəmətli Allah’ın yaratmasında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir. Heç onda bir çat görürsənmi? (Mülk surəsi, 3)

Qoy insan nədən yaradıldığına bir baxsın. (Tariq surəsi, 5)

Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini ( görmürlər)? Dağların necə sancıldığını( görmürlər)? Yerin necə döşədildiyini (görmürlər)? (Ğaşiyə surəsi, 17-20)

Allah’ın bu əmrlərinin yerinə yetirilməsi ilə şübhəsiz elm sahəsində geniş üfüqlər açılmış olar. İnsanların düşünmə, araşdırma, tədqiq etmə mövzusundakı istəkləri artar. Quran əxlaqının yaşandığı bir mühitdə meydana gələcək bu yeniliklər Qızıl Əsrdə də ən gözəl şəkliylə yaşanacaq.

Qızıl Əsrdə elmin bu cür irəliləməsinə və müsbət nəticələr verməsinə səbəb olacaq ən böyük faktor isə o dövrdə elm dünyasının bir sıra doqmalardan və yanlış hədəflərdən xilas olmasıdır. Son bir neçə əsr içində materialist fəlsəfə, ya da Darvinizm kimi batil inanclar elmin irəliləməsinə mənfi yöndə təsir etmişdir. Bir çox alim tamamilə yanlış olan bu kimi fərziyyələri sübut etməyə çalışmış, bir heç uğrunda böyük bir əmək və zaman sərf etmişdir. Qızıl Əsrdə bütün kainatı və canlıları Allah’ın yaratdığı həqiqəti bütün elm dünyası tərəfindən qəbul ediləcək və beləcə elm doğru bir təməl üzərinə oturdulacaq. Darvinin xəyallarını dəstəkləmək, ya da kimyəvi silahlar, nüvə bombaları istehsal etmək üçün istifadə edilmiş olan elmi imkanlar Allah’ın razılığına uyğun bir şəkildə insanlığın faydasına istifadə ediləcək. Bu şüura çatan elm adamları isə insanlığa xidmət etmənin Allah’ın məmnun olacağı bir rəftar olduğunu bildikləri üçün daha məhsuldar bir şəkildə çalışacaqlar.

Tibbdə və genetika elmində çox böyük irəliləmələr qeyd olunacaq.

20-ci əsrin ortalarında DNT-in kəşf edilməsi tibb və biologiya sahəsində çox böyük bir cığır açmışdır. Eyni şəkildə Qızıl Əsrdə yaşanan hər cür elmi və texnoloji inkişaf da tibbi işlərini sürətləndirəcək, səhvləri azaldacaq, xəstəliklərə diaqnoz qoyulmasını asanlaşdıracaq və müalicə imkanlarını artıracaq.

Tibbdəki nailiyyətlərin  təməlində isə genetika elmi dayanacaq. 21-ci əsrin elmi olan genetika insanın DNT şifrəsi üzərində aparılan tədqiqatlarla bir çox xəstəliyin genetik təməlinin ortaya çıxarılmasını hədəfləyir. Bu mövzuda başladılan İnsan Genomu Proyekti on səkkizdən çox ölkənin və minlərlə alimin iştirakı ilə 15 illik bir zaman dilimində DNT-in sirrlərini açmağı planlayır. İnsan genomunun detallarıyla müəyyən edilib, bu geniş məlumat bankının bütün elm adamlarının istifadəsinə verilməsilə insan sağlamlığı mövzusunda çox yeni bir dövr başlamış olacaq. Bu proyektlərin ilk hədəfləri DNT üzərində edilə biləcək dəyişikliklərlə insanı xəstəliyə tutulmaqdan qorumaq, bədənin dərmanlara necə reaksiya verəcəyini əvvəldən təyin etmək, hər insanın zəif nöqtələrini təyin edib tədbir görməsini təmin etməkdir. Bu proyektlə birlikdə "fərdə xüsusi" dərman istehsalı və hər bir fərdin bütün genetik xüsusiyyətlərinin olduğu bir məlumat bankı, genetik kart mövzusu da gündəmə gəlmişdir. Bu şəkildə bir-birlərindən kiçik də olsa fərqliliklər göstərən xəstəliklər arasında ayrım edilə biləcək və fərdə xüsusi müalicə imkanları yaranacaq.

Bütün bu inkişaflar nəticəsində Qızıl Əsrdə insanlar həkim və ya dərman tapmadıqları, ya da səhv müalicə edildiyi üçün çarəsizlik yaşamayacaq, hər ehtiyacı olana o an kömək ediləcək. Çünki Quran əxlaqına uyğun olan davranış çətinlik içində olanlara, xəstələrə kömək etmək, "can qurtarmaq"dır. Quran əxlaqının qüsursuz olaraq tətbiq olunduğu bir dövr olaraq Qızıl Əsrdə də insan həyatına və sağlamlığına böyük diqqət veriləcək.

İzlənmə sayı: 1169