Qızıl Əsr »

Qızıl əsr məhsullarda və mallarda çox böyük bolluq və bərəkətin yaşandığı bir dövrdür. Bu dövrdə ehtiyacı olana istədiyindən qat-qat daha çoxu veriləcək, ən kiçik bir çətinlik, yoxluq, aclıq yaşanmayacaq. Yer üzündəki bütün zənginliklər ortaya çıxacaq, inkişaf etdirilən yeni əkinçilik texnologiyaları sayəsində torpaqdan hər zamankindən daha çox məhsul əldə ediləcək. İman gətirən, Allah yolunda xidmət edən kəslərin bu uğurda etdikləri hər cür gözəlliyin qarşılığı həm dünyada, həm də axirətdə qat-qat veriləcək. Həyatın hər anında yaşanan bolluq və bərəkət İslam əxlaqını yaşayan möminlərə Allah’ın verdiyi bir gözəllik olacaq. Hər etdikləri iş onlara böyük bir zənginlik olaraq geri qayıdacaq. Allah bir ayəsində Müsəlmanların mallarından Öz razılığı üçün xərclədikdə qarşılıq olaraq tapacaqları bərəkəti bu şəkildə ifadə edir:

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 261)

Bu dövrdə məhsullarda və mallarda o zamana qədər görünməmiş bir bolluq olacağı, bu məhsulların sayılıb, ölçülmədən hər istəyənə paylanacağı bir çox hədisdə də bildirilir:

"Mənim ümmətim o dövrdə elə bir rifaha qovuşacaq ki, o günə qədər onun mislini qətiyyən görməmişdir. Yer məhsullarını verəcək və insanlardan heç bir şey gizlətməyəcək. Mal da o gün çox yığılmış olacaq." (Sünən-i İbni Mace, 10-347/ Ramız əl Əhadis, s. 508/ İbni Macə-Təbəraninin Kəbiri)

Rəsulullah buyurdu ki: "Ümmətimin sonunda bir xəlifə gələcək, malı ədədlə saymayacaq, ovucla ovuclayacaqdır." (Səhih-i Müslim, 11/351)

"O zaman ümmətim, yaxşısı da, pisi də mislini görmədikləri nemətlərlə nemətlənər. Allah onlara bol yağış göndərər. Yer bitkidən bir şey saxlamaz. Mal həddindən çox olar." (Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 16)

"…Səma yağışından heç bir şeyi əsirgəməyəcək və bol yağdıracaq. Yer üzü bitkilərindən heç birini əskiltməyəcək və şübhəsiz onları kamalı ilə bitirib ortaya çıxaracaq. Hətta yaşayanlar (özlərindəki nemətləri görmələri üçün) ölülərin də həyatda olmalarını istəyəcəklər." (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 437)

"…Ümmətin istər yaxşıları və istərsə də pisləri, misli-bərabəri olmayan bir şəkildə, bir çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq, bir damlası belə boşa getməyəcək, torpaq bir tək toxum buraxmadan məhsuldar və bərəkətli olacaq." (əl Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 23)

Rəsul-i Əkrəm belə buyurdu: "Ümmətimin sonunda elə bir dövlət rəisi olacaq ki, ovuc-ovuc mal və pul yığacaq və bu malı ədəd olaraq sayıb qurtarmayacaq." (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 433)

"Mehdi insanlara malı və əşyanı paylayarkən, saymadan bol-bol verəcək." (əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 24)

"…Yer üzü içindəki xəzinələri çölə atacaq." (əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 45)

"…Yer içərisində gizlədiyi bütün zənginliklərini altından və gümüşdən sütunlar halında çölə atacaq."  (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 464)

O zaman, yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə onun xilafətiylə sevinəcəklər. Onun dövründə, axan çaylar belə suyunu çoxaldacaq. (əl-Qavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Müntəzər, s. 31)

... Ümmətim onun zamanında yaxşı və pisin bənzəri ilə nemətləndiyi bir nemətlə nemətlənəcək, səma üzərlərinə bol yağış yağdıracaq, yer bitkisindən heç bir şey saxlamayacaq. (Kitab-ül Bürhan fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 9)

... Səma yağışını yağdıracaq, yer bərəkətini çıxaracaq, daha əvvəl görünməmiş bir şəkildə ümmətim onun zamanında rahatlığa qovuşacaq. (Kitab-ül Bürhan fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 9)

Məhəmməd ümmətinin könlü zənginliklə dolacaq. (əl-Qavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Müntəzər, s. 20)

Göydən bol rəhmət yağacaq, yerlərdə bərəkət artacaq; bütün xəzinələri tapacaq.  (Qiyamət Əlamətləri, s. 164)

Texnoloji nailiyyətlərə görə Qızıl Əsrdə bolluq olacaq.

"İnsanlar bir ölçək buğda əkdikdə qarşılığında yeddi yüz ölçək məhsul götürəcək.... İnsan bir neçə ovuc toxum atacaq, 700 ovuc məhsul yığacaq... Çox yağış yağmasına baxmayaraq, bir damlası belə boşa getməyəcək." (Qiyamət Əlamətləri, s. 164/ əl-Qəvlul Müxtəsər Fi əlamatil Mehdiyy-il Müntəzər, s. 24)

Bu rəvayətdə axırzamanda müasir əkinçiliyə keçilməsi, yeni istehsal texnikalarının inkişaf etdirilməsi, toxum islahı işləri və yağış sularının yeni anbarlar, süni göllər tikilərək qiymətləndirilməsi nəticəsində meydana gələcək istehsal artımına diqqət çəkir.

Necə ki, hal-hazırda texnologiya çox böyük bir sürətlə inkişaf edir, məhsulların həm keyfiyyətində, həm də istehsal miqdarında çox artım müşahidə olunur. Xüsusilə də genetika elmində yaşanan çox sürətli inkişaf texnologiyanın hər növündə olduğu kimi əkinçilik texnologiyasında da böyük bir inqilab yaşadır. Şübhəsiz gün keçdikcə bu məhsuldarlıq da getdikcə daha çox artacaq və Qızıl Əsrdə ən üst səviyyəyə çatacaq.

Hələ sınaq mərhələsində olan və çox məhdud sahələrdə tətbiqə keçən bütün texnoloji vasitələr axırzamanda yaşanacaq bolluq və bərəkətin təmin edilməsində çox təsirli olacaq. Bu sayədə əldəki imkanlar ən yaxşı şəkildə istifadə ediləcək, israf və iş qüvvəsi ən aza endiriləcək, insanlar çox dayanıqlı, keyfiyyətli və çox bol məhsul istehsal edə biləcəklər. Qızıl Əsrdə bütün bu texnologiya yer üzündəki insanların faydasına istifadə ediləcək, nemətlər insanlar arasında ədalətli bir şəkildə paylaşdırılacaq. Ölkələr, irqlər, cəmiyyətlər arasında heç bir ayrı-seçkilik edilməyəcək. Bir-birindən kilometrlərlə uzaqda yaşayan, ya da mədəni baxımdan aralarında heç bir bənzərlik olmayan xalqlarda da eyni bərabər və ədalətli rəhbərlik hakim olacaq. Yer üzündəki bu cənnətə bənzər mühiti təmin edəcək olan da Quran əxlaqının əsl mənada yaşanacaq olmasıdır. Allah’dan qorxub çəkinən, hər etdiyi işdə Allah’a yönələn səmimi Müsəlmanların ədalətli rəhbərliyi dünya üzərində çox böyük bir güvən, dinclik və bərəkət meydana gətirəcək.

Çöllər yaşıllaşdırılacaq

Axırzamanda məhsullardakı bolluğa işarə edən başqa bir texnoloji yenilik də çöllərin yaşıllaşdırılmasıdır. Dünyada quru parçalarının yüzdə qırx üçünü çöllərin meydana gətirdiyi düşünülsə, bu mövzunun əkinçilik texnologiyası üçün nə qədər böyük bir əhəmiyyət daşıdığı daha asan aydın olar.

Hal-hazırda suyun səmərəsiz çöl torpaqlarına qədər çatdırılmasıyla, ən quraq torpaqlarda belə məhsul istehsal edilə bilir. Əgər bu yüksək texnologiya bütün çöllərə tətbiq olunsa, qıtlığın astanasında olan bir çox ölkə çox məhsuldar əkin sahələrinə qovuşacaq. Əlbəttə bunun üçün çox böyük bir texnologiya lazımdır.

Çöl bölgələrində əkinçilik üçün suvarma məsələsinin həll edilməsi və əkinə yararlı torpaqların təmin edilməsi lazımdır. Bunun üçün üzərində çalışılan texnologiyalardan biri kompüter idarəsində edilən suvarmadır. Bu texnologiya ilə su axışı birbaşa bitkilərin kök bölgələrinə istiqamətləndirilir, tək bir damcı suyun belə israf edilməsinə mane olunur. Hər cür suyun təmizlənərək istifadəyə keçirilməsi də çöl əkinçiliyində çox əhəmiyyətli bir yer tutur.

Bunun üçün sel və dəniz sularının çox sürətli bir şəkildə istifadəyə verilməsi də əkinçilik texnologiyasının təməlini meydana gətirir. Bu şəkildə çox geniş bir su qaynağı təmin edilmiş olacaq və ölkə iqtisadiyyatlarına çox böyük bir dəstək təmin ediləcək. Peyğəmbərimiz hədislərində suyun çox məhsuldar şəkildə istifadə edilməsinə də işarə etmişdir:

"…ümmətin istər yaxşıları və istərsə də pisləri, misli əsla görünməmiş şəkildə, bir çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq, bir damlası belə boşa getməyəcək, torpaq bir tək toxum buraxmadan məhsuldar və bərəkətli olacaq." (əl-Qəvlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 23)

Həyat bahalılığı və darlıq illəri bitəcək

Qızıl Əsrdə çox böyük bir zənginlik və rifah yaşanacaq. Ehtiyac içində olana istədiyindən qat-qat çoxu veriləcək, heç bir şey sayılıb ölçülməyəcək. Bundan əvvəlki dövrün xüsusiyyəti isə həyat bahalılığı, dolanışıq çətinliyi və darlıq illəri olmasıdır. Bu dövrdə kasıblar daha da kasıblaşarkən, zənginlərin malı, mülkü getdikcə artır. Hədislərdə də axırzamanın bu xüsusiyyəti vurğulanır:

"Kasıblar çoxalacaq." Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 457)

Allah dindən uzaqlaşan insanlara aclıq və səfalət kimi bəlaları bir xəbərdarlıq olaraq göndərir. Halbuki, böyük çətinlik və sıxıntı içində yaşayan bu insanlar əgər iman etmiş olsalar, çətinliklərin ardınca bir asanlıq tapacaqlar. Həqiqətən də, Allah iman gətirən və öz yolunda çalışan, şövqlə xidmət edən Müsəlmanlara çox böyük bir zənginlik, rifah və xoşbəxtlik yaşadarkən, inkar edənlərə də bu inkarlarından dolayı çox böyük bir çətinlik yaşadır. Allah insanların nankorluq etdikləri dövrlərdə onlara lütf olaraq verdiyi nemətləri əllərindən alır, onları aclıq və qorxuyla sınayır. Allah inkarçılara yaşatdığı dolanışıq çətinliyinin əsl səbəbini bir ayədə belə bildirir:

Kim də mənim zikrimdən üz çevirsə, artıq onun üçün çətin bir dolanışıq var.. (Taha surəsi, 124)

Xəbərdar edicilərin sözlərinə qulaq asmayan və inkarda israr edən insanlar hər zaman çox böyük bir çətinliklə qarşılıq görmüşlər. Halbuki, hədislərdə bildirildiyi və Quran ayələrində xəbər verildiyi kimi, Müsəlmanlar imanlarının qarşılığı olaraq böyük nemətlərlə mükafatlandırılırlar. Peyğəmbərimiz də xüsusilə ümmətinin son dövründə, yəni axırzamanda Müsəlmanların böyük bir bolluq içində yaşayacaqlarını xəbər vermişdir:

"…Elə bir zaman gələcək ki, o zamanda insanlar (ayırdığı) qızıl sədəqəsiylə gəzəcək, lakin əlindən sədəqəsini alan heç bir (kasıb) adam tapa bilməyəcək." (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 462)

"…O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və yerin nəbatatı (bitkisi) çox olacaq…"  (əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 26)

"…Şübhəsiz ki, o zamanda mal çoxalıb su kimi axacaq, onu heç bir kimsə (tənəzzül edib) qəbul etməyəcək." (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 464)

İzlənmə sayı: 1261