Hz. İsa axırzamanda yer üzünə qayıdacaq »

Əsrimizin ən böyük İslam alimlərindən biri olan Bədiüzzaman Səid Nursi bir Quran təfsiri olan Risale-i Nur Külliyatında axırzaman və hz. İsanın yer üzünə ikinci dəfə gəlişi mövzusuna geniş yer ayırmışdır.

Hal-hazırda müsəlman birliklərin bir çox mövzuda bir-birlərindən fərqli düşüncə içində olduqları bir həqiqətdir. Ancaq fərqli mədəniyyətlərdən olan çox sayda müsəlmanın qəbul etdiyi bir həqiqət Bədiüzzamanın hicri 13-cü əsrin ən böyük alimi olduğudur. Elə bu səbəbdən, Bədiüzzamanın axırzaman mövzusunda verdiyi təfsilatlı izahlar müsəlmanlar üçün böyük əhəmiyyət daşıyır.

Bədiüzzaman axırzamanla bağlı olan izahlarında iki böyük fəlsəfi axının yer üzündə fəsad çıxaracağını və bu axınların dinsizliyi hakim etmək üçün səy sərf edəcəklərini vurğulayır. Bu axınlardan birincisi İslam əxlaqını daxildən məhv etməyə çalışacaq olan axındır. İkincisi isə Allah’ı açıq inkar edən, maddənin əzəldən bəri mövcud olduğunu, sonsuza qədər də mövcud olacağını qarşıya qoyan və canlı aləmin cansız aləmdən təsadüfən ortaya çıxdığını müdafiə edən materialist və təbiətçi anlayış, yəni materializm və naturalizmdir. (Naturalizm, Darvinin təkamül nəzəriyyəsinin fəlsəfi ölçüsü olaraq da tanınır.)

Bu anlayış, əlbəttə, Allah’ın varlığını inkar edən bütün fikri axınlara da təməl olmuşdur. Materialistlər tarixin ən qədim çağlarından bəri bütün haqq dinlərə qarşı çıxıblar, bu yolda qarşılarına çıxanlarla mübarizə aparmış, xalqlara zülm etmiş, fitnə-fəsad çıxarmış, hər cür qarışıqlığın ən ön mərhələlərində iştirak etmişlər.

Hz. İsa da yer üzünə təkrar qayıtdıqda bu materialist və təbiətçi axınlarla mübarizə  aparacaq və Allah’ın izniylə onlara qalib gələcək. Bədiüzzaman külliyatında bu materialist axına belə diqqət çəkir:

 İkinci cərəyan isə: Tabiyyun, maddiyyun fəlsəfəsindən təvəllüd edən bir cərəyan-ı nəmrudanə getdikcə axır amanda fəlsəfə-i maddiyyə vasitəsiylə intisar edərək qüvvət tapıb, üluhiyyəti inkar edəcək bir dərəcəyə gəlir. (İkinci axın isə: Materialist fəlsəfənin nəticəsində yaranan, inkarçı -nəmrudanə- bir axındır ki, axırzamanda inkişaf edər, Allah’a olan inancı inkar edəcək bir dərəcəyə gələr.)
(Məktubat, s. 53)

Bədiüzzaman inkarın hakim olduğu belə bir dövrdə hz. İsanın yenidən dünyaya qayıdacağını müjdələyir. Bədiüzzamanın sözlərində xəbər verildiyi kimi, hz. İsa yer üzünə ikinci dəfə gəlişində Quranla hökm edəcək. Hz. İsa xristianlığı bütün xurafatlardan təmizləyəcək. Və xristianlıq ilə müsəlmanlıq birləşərək dinsizlik axınına qarşı Quran əxlaqını yaşayaraq üstün gələcəklər. Risale-i Nurda bu mövzuyla bağlı qeyd olunanlar belədir:

 Məhz belə bir vaxtda o cərəyan çox qüvvətli göründüyü bir zamanda, həzrəti İsanın (ə.s) şəxsiyyət-i mənəviyyəsindən ibarət olan həqiqi İsəvilik dini zühur edəcək, yəni rəhmət-i İlahiyyənin səmasından nüzul edəcək; hal-i hazır xristianlıq dini o həqiqətə qarşı təsəvvi edəcək, xurafatdan və təxrifattan ayrılacaq, həqaiq-i İslamiyə ilə birləşəcək; mənən xristianlıq bir cür İslamiyyətə inqilab edəcək... Və Qurana iktida edərək, o İsəvilik şəxs-i mənəvisi, tabe; və İslamiyyət, mətbu mövqesində qalacaq. Din-i haqq, bu iltihaq nəticəsində əzm bir qüvvət tapacaq. Dinsizlik cərəyanına qarşı ayrı-ayrı ikən məğlub olan İsəvilik və İslamiyyət; ittihad nəticəsində dinsizlik cərəyanına qələbə çalmaq istedadında ikən aləm-i səmavatda cismi bəşərisiylə olan şəxs-i İsa Əleyhissalam, o din-i haqq cərəyanının başına keçəcəyini bir Müxbir-i Sadiq, bir Qadir-i Küllü Şəyin vədinə istinad edərək xəbər vermişdir. Madam xəbər vermiş, haqqdır, madam Qadir-i Küllü Şey vəd etmiş əlbəttə edəcək. (Məhz belə bir anda, bu axının çox qüvvətli göründüyü bir anda, Hz. İsanın mənəvi şəxsiyyətindən ibarət olan həqiqi İsəvilik dini ortaya çıxacaq, yəni ilahi rəhmətin səmasından nüzul edəcək. Bu andakı xristianlıq dini, o həqiqət qarşısında təsəffi edəcək, xürafələrdən və bidətlərdən təmizlənəcək, əsl İslam ilə birləşəcək. Mənəvi olaraq xristianlıq bir baxıma İslamiyyətə çevriləcək. Və Qurana təslim olacaq, xristianlıq, şəxsi mənəvisi itaət edən və İslamiyyət isə itaət edilən mövqedə olacaq. Həqiqi din bu birləşmə nəticəsində böyük bir qüvvət tapacaq. Dinsizlik axınına qarşı ayrı ikən məğlub olan İsəvilik və müsəlmanlıq, birləşmə nəticəsində dinsizlik axınını məğlub edəcək gücdədir. Göylər aləmində cismiylə birlikdə olan hz. İsanın o haqq dinin başına keçəcəyini bir doğru xəbərçi, hər şeyə gücü çatanın sözünə əsaslanaraq xəbər vermişdir. Madam xəbər vermiş, haqqdır, madam Hər şeyə Gücü Çatan vəd etmiş, əlbəttə edəcək.)
(Məktubat, s. 53-54)

Bədiüzzaman Səid Nursi hz. İsanın yer üzünə ikinci dəfə gəlməsini verdiyi bütün açıqlamalarda onun o dövrdəki bütün inkarçı sistemləri məhv edəcəyinə və bunu edərkən də müsəlmanlardan çox böyük dəstək görəcəyinə işarə edir. Hz. İsa İslam dünyasında Quran əxlaqının təbliğ edilməsində lider vəzifəsini öhdəsinə götürən saleh adamla bir olub, inkarçı sistemin zülmünü ortadan qaldıracaq:

Şəxs-i İsa Əleyhissalamın şəxs-i Dəccalın təşkil etdiyi dəhşətli maddiyunluq və dinsizlik əzəmətli heykəli və şəxs-i mənəvisini məhv edəcək, ancaq İsəvi ruhaniləridir ki; o ruhanilər, din-i İsəvinin həqiqətini həqiqət-i İslamiyə ilə məzc edəcək, mənən öldürəcək. Hətta "Həzrət-i İsa Əleyhissalam gələr. Həzrət-i Mehdiyə namazda iktida edər, tabe olar." - deyə rəvayəti bu ittifaqa və həqiqət-i Quraniyənin mutbuiyətinə və hakimiyyətinə işarə edir.

(Şüalar, s. 493)

İzlənmə sayı: 1128