Axırzaman və Hz. Mehdi (ə.s.) əlamətləri »

On dörd əsr əvvəl Peyğəmbərimiz hz. Muhəmməd qiyamətlə bağlı bəzi qeyb məlumatları və bunlara söykənən düşüncələrini öz ilə birlikdə olan Müsəlmanlara bildirmişdir. Bu qiymətli sözlər nəsildən-nəslə keçmiş, hədis kitabları və İslam alimlərinin əsərləri ilə günümüzə çatmışdır. Sonrakı səhifələrdə istifadə edilən hədislər də Peyğəmbərimiz (s.ə.v.) tərəfindən məhz bu mənada deyilmiş xəbərlərdən ibarətdir.

Bu mərhələdə qiyamət əlamətləri haqqındakı hədislərin doğruluğu və etibarlılığı ilə bağlı bəzi şübhələr ağla gələ bilər. Tarixdə Peyğəmbərimizin (s.ə.v.) adına bəzi saxta hədislər uydurulduğu məlum olan bir həqiqətdir. Lakin nümunə olaraq verəcəyimiz hədislərin Peyğəmbərimiz (s.ə.v.) tərəfindən deyilmiş sözlər olduğu asanlıqla aydın ola bilər. Əlimizdə doğrunu yanlışdan ayırmağa kömək edən bir məlumat var. Bilindiyi kimi, qiyamətlə bağlı hədislər gələcəklə bağlı hadisələri ehtiva edir. Bu səbəbdən, zaman içərisində hədislərin bir-bir reallaşması sözlərin mənbəyi mövzusundakı bütün şübhələri yox edir.

Bu meyar axırzaman və qiyamət əlamətləri ilə bağlı tədqiqat aparan bir çox İslam alimi tərəfindən də istifadə edilmişdir. Bədiüzzaman Səid Nursi də axırzaman haqqındakı hədislərin hal-hazırda meydana gələn və gözlə görünən hadisələrə tam uyğun gəlməsinin hədislərin həqiqət olduğunu göstərdiyini ifadə etmişdir.

Hədislərdə bildirilən işarələrin bir qismi 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir bölgəsində görünmüş ola bilər. Belə bir vəziyyət o dövrün axırzaman olduğunu göstərmir. Çünki bir dövrün axırzaman olaraq xarakterizə edilməsi üçün qiyamət əlamətlərinin hamısının həmin əsrdə bir-birlərini izləyərək reallaşması lazımdır.

Belə ki, axırzaman hədisləri araşdırıldıqda heyrətverici bir nəticə qarşımıza çıxır. Peyğəmbərimizin (s.ə.v.) əsrlər əvvəl detallarıyla açıqladığı işarələr yer üzünün, demək olar ki, hər tərəfində bir-birinin ardınca yaşadığımız əsrdə yaşanır. Hədislər sanki dövrümüzün qüsursuz bir portretini çəkir. Əlbəttə ki, bu dərin düşünülməsi lazım olan çox möcüzəvi hadisədir. Reallaşan hər əlamət insanlara Allah’ın hüzurunda hesab verəcəkləri qiyamət gününün çox yaxınlaşmış olduğunu və bir an əvvəl Quran əxlaqını tətbiq etmələrinin vacibliyini  xatırladır.

Fitnələrin çoxalması

Fitnə mühitləri möhkəm imana sahib möminlər üçün imanlarının, səbirlərinin və axirətdəki dərəcələrinin artmasına səbəb olarkən, zəif və səthi imana sahib insanların imanlarını itirmələrinə, ya da imanlarının daha da zəifləməsinə gətirib çıxarır. Mehdi bu cür bir fitnə mühitinin ən sıx və şiddətli olaraq yaşandığı bir dövrdə ortaya çıxacaq:

"Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, əmri bil məruf və nəhyi anıl münkər (yaxşılığı əmr edib pislikdən çəkindirən) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman mənim övladlarımdan Mehdi ilə Cənab-i Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərəhləyər, Əcəm (Ərəb olmayan) və Ərəb millətləri arasında ülfət və məhəbbət yerləşər." (Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Axırzaman, s. 66)

"Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq... Fitnələr çoxalacaq."  (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 440)
 

Hədislərdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilir. Yəni hər kəsin xəbərdar olacağı, dinə və Allah’a qarşı ortaya çıxan bir fitnə insanların imanlarını hədəf alacaq. Hal-hazırda, Allah’ın varlığını və yaratmasını inkar edən  ən böyük və geniş diametrli axın materialist fəlsəfədir. Bu fəlsəfənin özünə dayaq aldığı elmi təməl isə "təkamül nəzəriyyəsi"dir. Heç bir elmi və məntiqi dəlilə söykənmədiyi, tamamilə ağıl və elm xarici olduğu halda, güclü təbliğat, saxtakarlıq və göz boyama üsullarıyla bu boş cəfəngiyyat dünya səviyyəsində müəyyən materialist mərkəzlər tərəfindən kütlələrə təlqin edilməyə çalışılır.

Bu gün təkamül nəzəriyyəsinin istər mətbuat, istərsə də televiziya yoluyla, demək olar ki, girmədiyi heç bir ev, bu nəzəriyyəni eşitməyən heç kim yoxdur. Bu vəziyyət bütün Qərb dünyasına aid edildiyi kimi, müsəlman ölkələrə də aid edilir. Belə ki, dərs kitablarına belə gətirilmiş bu nəzəriyyə qarşıya qoyduğu saysız yalan və göz boyama ilə daha uşaq yaşlardan etibarən insanlara təlqin edilir; təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi gülünc boş sözlərlə insanlar yanıldılır. İbtidai məktəblərdən universitetlərə qədər gənclərin təkamülçü yalanlarla beyinləri yuyulur.

Burada diqqətçəkici bir məsələ var: Peyğəmbərimizin (s.ə.v.) hədisində ifadə etdiyi kimi, bir fitnənin dünyanın hər yerinə sürətlə yayılması ancaq müasir dövrdəki kimi texnoloji imkanlarla (mətbuat, nəşriyyat, internet, peyk ünsiyyəti, və s...) reallaşa bilər. Keçmişdə bir fitnənin dünya səviyyəsində bu qədər geniş sahəyə yayılması mümkün deyil. Belə ki, bu günə qədər Allah’ın varlığına, yaradılışa və dinə qarşı çıxan, dünya səviyyəsində olan başqa bir fitnə keçmişdə görünməmişdir. Bütün bunlar Mehdinin çıxış zamanının yaşadığımız dövr olduğunu sübut edən mühüm işarələrdir.

Hər tərəfə yayılan fitnə

Heç bir tərəfin ondan məhfuz qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq... (əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, s. 21-22)

"Qiyamətdən əvvəl bir-birinin ardınca gələn qaranlıq gecələr kimi fitnələr var." (ramız-Əl Əhadis, 121/5)

Yuxarıdakı hədisdə dünyaya yayılan və uzun müddət davam edən bir fitnədən danışılır. "Fitnə" sözü isə daha əvvəl də ifadə olunduğu kimi, "döyüş, qarışıqlıq, ixtilaf" kimi mənalarda da istifadə olunur. Sözün bu mənaları düşünüldükdə xüsusilə son bir əsrdir ki, hədisdə də ifadə edildiyi kimi, "qaldığı yerdən dərhal başqa bir tərəfə yayılan" müharibələr, daxili qarşıdurmalar, qarışıqlıqlar dünyanın dörd bir tərəfində bitib tükənmədən davam edir. Xüsusilə geridə buraxdığımız 20-ci əsr "Müharibələr Əsri" olaraq xatırlanır. Yaşadığımız 21-ci əsr isə müharibə və terror hadisələri ilə başlamışdır və hələ də bunlar dünyanın dörd bir tərəfində davam edir.

Daha əvvəl də ifadə etdiyimiz kimi, 20-ci əsr müharibələrində təxminən 180 milyon insan həyatını itirdi. İnsanlıq tarixində ilk dəfə bir əsr içində bu qədər çox sayda insan müharibələr səbəbindən həyatını itirmiş oldu. Yenə 20-ci əsrdə hər biri ən azı 6000 adamın ölümünə səbəb olan 165 müharibə və qarşıdurma meydana gəldi. (National Climatic Data Center, "Billion Dollar U. S. Weather Disasters", Oktyabr 2000, http://www.ncdc.noaa.gov/ol/reports/billionz.htm)

Son 25 il içində dünyanın hansı bölgələrində müharibə və daxili qarışıqlıq yaşandığına baxdıqda, dünyanın bir yerdə bitib digərində başlayan fitnələrdən xilas ola bilmədiyini görmək mümkündür. Bosniya-Herseqovaniya, Kosova, Albaniya, Bolqarıstan, İran, İraq, Əfqanıstan, Çeçenistan, Fələstin, İsrail, Şimali Koreya, Kambociya, Şərqi Türkistan, Efiopiya, Somali, Yəmən, Uqanda, Əlcəzair, Ruanda, Mozambik, Anqola, Konqo, Liberya, Burundi, Sudan, Livan, Argentina, Şimali İrlandiya, Əl Salvador, Nikaraqua son 25 ildə müharibələrin və daxili qarşıdurmaların yaşandığı ölkələrdən yalnız bəziləridir.

Dünya tarixi müharibələr və qarşıdurmalarla doludur, ancaq 20-ci əsrdə meydana gələn müharibə və qırğınlar bütün dünya tarixindəki digər müharibə və qırğınlardan bir çox xüsusiyyəti ilə fərqlənir. Daha əvvəl də bəhs edildiyi kimi, bu müharibələrdəki ölü sayı bütün müharibələrin cəmindən daha çoxdur. Həmçinin, tarix boyu müharibələr həmişə regional olaraq qalmış, bir yerdən digərinə sıçrayaraq bütün dünyaya yayılmamışdır. Ancaq 20-ci əsrdəki bu qarşıdurmalar bütün dünyaya yayılmışdır. Keçən əsrdə müharibə və ya qarşıdurma görməmiş, terror hadisələrini yaşamamış tək bir ölkə belə yoxdur.

20-ci əsr müharibələrini digərlərindən ayıran başqa bir xüsusiyyət isə istifadə edilən silahların gücüdür. Bu əsrdə xüsusilə nüvə və kimyəvi silahların istifadə edilməsiylə daha dəhşətverici qırğınlar yaşanmış, yalnız o müharibəni görən nəsillər deyil, bir və ya bir neçə nəsil sonrası da böyük zərərlər görmüşdür. Bunların başında 1945-ci ildə Xerosima və Naqasaki şəhərlərinə atılan atom bombası gəlir.

Hal-hazırda da bioloji müharibə ən böyük təhlükələrdən biri olaraq qəbul olunur. Belə ki, 11 sentyabr terror hücumlarının ardınca ABŞ-da bəzi ünvanlara məktublarla göndərilən şarbon bakteriyası buna bir nümunədir və indidən bir çox adamın ölümünə səbəb olmuşdur.

Nəticə olaraq, hədisdə haqqında danışılan və dünyanın bir çox yerinə yayılan fitnənin 20-ci əsrdə başlayan və 21-ci əsrdə davam edən müharibələr, qarşıdurmalar, qarışıqlıqlar və terror hadisələri olması ehtimalı çox yüksəkdir. Bütün bunlar Qızıl Əsr dövrünün yaxınlaşdığının və axırzamanın yaşanmaqda olduğunun əlamətləri ola bilər.

Haramların halal sayılması

Son bir neçə on illikdə geniş yayılmış halalı, haramı əhəmiyyətsiz hesab edən, hər cür azğınlığı mübah sayan həyat tərzi hədislərdə təsvir edilən mühiti çox açıq bir şəkildə əks etdirir. Mehdinin çıxışından xəbər verən bu qaranlıq mühit hədislərdə belə təsvir edilir:

"Küfr hər tərəfi zəbt edib, hökmü cəmiyyət içində aşkar olmadıqca Mehdi zühur etməz. Bu vaxt ortaya çıxan isə… küfrün zəbtidir. Onun qüvvətidir." (Məktubat-i Rəbbani, 2-259)

"Hz. Mehdi bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra gələcək." (əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 23)

"Haram olan şeylərin halal sayılması… qiyamət əlamətlərindəndir." (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 454)

İran-İraq müharibəsi

"Şəvval ayında qiyam, Zilqəddədə hərb danışmaları, Zilhiccədə isə hərb vaki olacaq." (Qiyamət Əlamətləri, s. 166)

Hədisdə ifadə olunan Şəvval, Zilqəddə və Zilhiccə ayları İran-İraq müharibəsinin inkişaf mərhələləriylə eyni tarixlərə uyğun gəlir: İran Şahına qarşı olan ilk qiyam bilindiyi kimi, hədisdə ifadə olunan 5 Şəvval 1398 (8 sentyabr 1976-cı ildə) olmuşdur. Hicri 1400 Zilhiccə (oktyabr 1980-cı il) ayında İran-İraq arasındakı müharibə başlamışdır.

Başqa bir hədisdə də bu müharibənin təfərrüatları belə təsvir edilir:

"Faris cəhətdən gələcək olan bir qövmdür ki, belə deyəcəklər: "Ey Ərəblər! Siz çox təəssübə qaçdınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurmayacaq... Bir gün, onlara və bir gün də sizlərə verilsin, və qarşılıqlı vədlər yerinə yetirilsin..." Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağı yazıya enəcəklər... Müşriklər o biri yandakı (Rakabə) deyilən qapqara çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq: Hər iki ordudan Allah zəfəri qaldıracaq…" (Qiyamət Əlamətləri, Əl Berzenci, s. 179)

- Faris cəhətdən gələn: İran tərəfindən gələn
- Faris : İran - İranlı (Böyük Lüğət)
- Yazıya enəcəklər : düzənlik-İraq düzənliyi
- Mutık : Bölgədəki bir dağın adı.
- Rakabə : Neft quyularının çox olduğu bölgədir.

Bu hədisdə irqçilikdən qaynaqlanan bir anlaşılmazlığın olacağına diqqət çəkilir. Bu anlaşılmazlıq səbəbindən "Yazı"ya (Yazı: İraq düzənliyi) enilir və döyüş başlayır. Həmçinin hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq, bir nəticə alına bilməmişdir. İki tərəf də qəti bir üstünlük əldə edə bilməmişdir.

Əfqanıstanın işğalı

"Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri var. Orada Allah’ı haqqıyla tanıyan insanlar var. Onlar axır zaman Mehdisinin köməkçiləridir." (Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Axırzaman, s. 59)

Hədisdə Əfqanıstanın axırzamanda işğal ediləcəyinə işarə var. Həqiqətən də, rusların Əfqanıstanı işğal etdiyi 1979-cu il hicri 1400-cü ilə, digər bir ifadəylə hicri 14-cü əsrin başlanğıcına uyğun gəlir. Həmçinin bu rəvayətdə Əfqanıstanın maddi zənginliklərinə diqqət çəkilir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərlə istifadəyə verilməmiş böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri təsbit edilmişdir.

Fəratın suyunun kəsilməsi

Fərat çayının suyunun kəsilib dayandırılması da Mehdinin çıxış əlamətlərindəndir:

"Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini aşkar edəcəyi zaman yaxınlaşır. Hər kim o zaman orada olsa o xəzinədən heç bir şey götürməsin." (Hədisi Buxari və Müslim rəvayət etmişlər. Riyazüs Salehin, 3/332)

"Rəsulullah: Fərat çayı qızıl bir dağ üzərindən açılmadıqca qiyamət qopmayacaq..." (Səhih-i Müslim, 11/320)

"(Rəsulullah:) "Fərat çayı bir qızıl dağını ortaya çıxaracaq" dedi." (Sünən-i Əbu Davud, 5/116)

Göründüyü kimi, Mehdinin çıxışının əsas əlamətlərindən biri olan Fərat çayının suyunun dayandırılması və qızıl dəyərində bir xəzinənin ortaya çıxması bir çox böyük hədis kitabında verilmişdir. Suyutinin kitabında bu hədis "suyun dayandırılması" olaraq keçir. Həqiqətən də Keban Anbarı Fərat çayının suyunu kəsmişdir. İnşa edilən anbar sayəsində elektrikin istehsal olunması, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəsinin artması və nəqliyyat imkanlarının təmin edilməsi kimi səbəblərdən buradakı torpaqlar "qızıl" kimi qiymətli hala gəlmişdir. Anbar betondan ibarət nəhəng bir dağı xatırladır. Bu anbardan (hədis-i şərifdəki bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülür. Başqa sözlə, anbar "qızıl bir dağ" xüsusiyyətini qazanır. (Ən doğrusunu Allah bilər)

Ramazan ayında Ay və Günəş tutulmaları

"Mehdi üçün 2 əlamət vardır ki... Bunun birincisi, Ramazanın birinci gecəsi Ayın, ikincisi də ortasında Günəşin tutulmasıdır." (əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 47)

"Mehdinin çıxmasından əvvəl bir Ramazan içində Günəş iki dəfə tutulacaq."  (ölüm-qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 440)

"... Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması..."
(Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 37)

"Mehdinin gəlişi Ramazan ayında ayın iki dəfə tutulmasına səbəb olacaq."
(Qiyamət Əlamətləri, s. 200)

Yuxarıdakı rəvayətlərdə diqqəti çəkən ən əhəmiyyətli məsələ Ramazan ayının ortasında həm Günəş tutulmasının, həm də bir ay içində "Ay"ın və "Günəş"in iki dəfə tutulmasının qeyri-mümkün olduğunun fərq edilməsidir. Bu, normal şərtlərdə reallaşmayacaq bir vəziyyətdir. Halbuki, digər axırzaman əlamətlərinin çoxu insanın anlaya biləcəyi, müəyyən səbəblərə bağlı olaraq reallaşa biləcək hadisələrdir.

Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqlər olduğu gözə dəyər. Belə bir vəziyyətdə ediləcək ən doğru şey eyni hadisəyə baxan fərqli rəvayətlərin birləşdikləri ortaq yönləri müəyyən etmək olacaq. Buna görə, yuxarıdakı hədis rəvayətlərinin cəmindən çıxan ortaq nəticələr bunlardır:

1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.

2. Bu tutulmalar təxminən 14-15 gün fasilə ilə olacaq.

3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.

Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (Hicri-1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə "ikinci olaraq", 1982-ci ildə (Hicri-1402-ci ildə) Ramazan Ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.

Həmçinin bu hadisədə "Ay"ın Ramazanın tam ortasında BÜTÖV AY şəklində tutulması və diqqətləri çəkəcək bir əlamət olaraq meydana çıxması da çox düşündürücüdür.

Bu hadisələrin Mehdinin digər çıxış əlamətləriylə eyni dövrdə meydana gəlməsi və hicri 14-cü əsrin əvvəllərində üst-üstə iki il (1401-1402) möcüzəvi bir tərzdə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini sübut edir.

Günəşdə bir əlamətin meydana gəlməsi

"O, (Mehdi) Günəşdə bir əlamət meydana gələnə qədər gəlməyəcək."  (əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 47)

"Günəş əlamət olaraq doğulmadıqca Mehdi çıxmayacaq." (Kitab-ül Bürhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, s. 33)

Günəşdə yaranan bu əlamət 20-ci əsrdə görülən böyük partlama ola bilər.

11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin son tam Günəş tutulmasıdır. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını, həm də bu qədər uzun bir müddət izləyə bilmiş, araşdırma fürsəti əldə etmişdir. Bu tutulmada diqqət çəkən bir şey də Türkiyənin də bu tam tutulmanın ən yaxşı izlənildiyi ölkələrdən biri olmasıdır. Bartindən Silopiyə qədər təxminən 12 şəhər və 100 mahal tutulmanı müşahidə edə bilmişdir. 1999-cu ildəki Günəş tutulması ilə əlaqədar çıxan bəzi qəzet xəbərləri mövcuddur. Bu hadisə də hədisdə diqqət çəkilən "Günəşdə bir əlamət" olaraq qiymətləndirilə bilər. (Ən doğrusunu Allah bilər.)

Kometanın doğulması

"Mehdinin çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq." (Qiyamət əlamətləri, s. 200)

"O gəlmədən əvvəl, şərqdə işıq verən bir kometa görünəcək." (əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 53)

"O ulduzun doğulması Günəş və Ay tutulmasından sonra olacaq." (Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Axırzaman, s. 32)

Hədislərdə ifadə olunduğu kimi:

- 1986-cı ildə (Hicri 1406-cı ildə), yəni 14-cü əsrin əvvəllərində "Halley" kometası Yerin yaxınından keçmişdir. Bu kometa parlaq, işıqlı bir ulduzdur.

- Hərəkət yönü şərqdən qərbə doğrudur.

- 1981 və 1982-ci (1401-1402) illərdə meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.

Bu ulduzun doğmasının digər çıxış əlamətləri ilə eyni zamanda meydana gəlməsi Halley kometasının hədisdə işarə edilən ulduz olduğunu təsdiqləyir.

Kəbə basqını və Kəbədə qan axıdılması

"Onun çıxacağı il insanlar həccə başlarında bir əmir olmadan gedəcəklər... Birlikdə Beyt-i Şərifi təvaf edəcəklər, sonra Minaya endikdə itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə Cəmrəsinin üzərinə axacaq." (Qiyamət əlamətləri, s. 168-169)

"İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endikdə ətrafları itlərin sarışı kimi sarılıb, qəbilələrin bir-birinə girməsi ilə böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar." (Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Axırzaman, s. 35)

Yuxarıdakı hədislərdə "onun çıxacağı il" cümləsi istifadə edilərək, Mehdinin çıxış tarixində Həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkilir. 1979-cu ildə Həcc səfəri əsnasında reallaşan Kəbə basqınında eynilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki, bu qanlı Kəbə basqını da axırzamanın başlanğıcının və Mehdinin çıxışının digər əlamətlərinin reallaşdığı dövrün tam əvvəlində, yəni hicri 1400-cü ilin ilk günündə, 1 Məhərrəm 1400 (21 noyabr 1979) tarixində baş vermişdir.

Yenə hədisdə qanların axacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə təcavüzkar xadimlər arasında baş verən vuruşmada 30 adamın öldürülməsi bu rəvayətin qalan qismini də təsdiqləmişdir.

1979-cu ildə (hicri 1400) reallaşan bu Kəbə basqının ardınca 7 il sonra hicri 1407-ci ildə Həcc səfəri əsnasında daha böyük qanlı hadisə baş vermişdir. Bu hadisədə yollardakı hacılara hücum edilərək 402 adam qətl edilmiş, çox qan axıdılmışdır. Beyt-ül Müəzzəmənin yanında, Müsəlmanların (Səudiyyə Ərəbistanı əsgərləri ilə iranlı hacıların) bir-birlərini öldürmələri ilə böyük günahlar edilmişdir. Bu qanlı hadisələr hədisdə təsvir edilən mühitlə çox böyük bənzərliklər təşkil edir:

"Şəvvalda döyüş nərələri, Zilhiccədə hərb və qital olar, yenə Zilhiccədə hacılar talana uğrayar, hətta yollar qandan keçilməz və haramlar tapdalanar. Beyt-ül Müəzzəmənin yanında böyük günahlar işlənər." (Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Axırzaman, s. 37)

Yuxarıdakı hədisdə Beyt-ül Müəzzəmənin (Kəbənin) içində deyil, yanında baş verəcək hadisələrə diqqət çəkilir. 1407-ci ilin Zilhiccə ayında (Həcc mövsümündə) meydana gələn hadisələr də ilkindən fərqli olaraq Kəbənin içində deyil, yanında reallaşmışdır. Ən başda izah etdiyimiz hadisə isə 1 Məhərrəm 1400-cü ildə Beyt-ül Müəzzəmənin (Kəbənin) içərisində baş vermişdi. Hər iki hadisə də rəvayətlərin işarəsinə uyğun bir şəkildə reallaşmışdır.

Şərq tərəfdən bir atəşin görünməsi

"And içirəm ki, bir atəş sizi əhatəyə alacaq. O atəş bu gün Bərəhut deyilən vadidə sönük vəziyyətdədir. O atəş içində dəhşətli əzab olduğu halda insanları örtəcək. O atəş insanları, malları yandırıb bitirəcək. Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılacaq. Gecəki istisi gündüzki hərarətindən daha şiddətlidir. O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyə səbəb olacaq, buyurdu." (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 461)

Mehdinin çıxışından əvvəlki əlamətlərdən olan bu atəş haqqında qısa bir açıqlama vermək yerində olacaq.

Bəzi şəxslər bu atəşi səbəbsiz yerə birdən-birə ortaya çıxan, sönmə nədir bilməyən, hətta hər kəsin olduğu yerdən mütləq görəcəyi tərzdə bir əlamət olaraq gözləyir. Halbuki, qiyamət əlamətlərinin meydana gəlməsi əsnasında imtahan davam etdiyindən onların başa düşülməsi hər kəsin məcburi qəbul edəcəyi bir açıqlıqda olmaz. Beləcə insanlar ağıllarını, vicdanlarını, iradələrini istifadə edərək qərar verərlər. Əgər qiyamət əlamətləri ilə bağlı hədislər ən incə detalına qədər (məsələn; hansı şəhərdə, hansı tarixdə, nə şəkildə olacağı) izah edilsəydi, daha əvvəl də ifadə etdiyimiz kimi, hər kəs məcburi qəbul edər, insanlar arasında dərəcə fərqi qalmazdı. Bu səbəblə qiyamət əlamətləri ilə bağlı hədislər xüsusilə yarı bağlı bir şəkildə bildirilmişdir.

Atəş əlamətini də bu şəkildə qiymətləndirmək lazımdır. Bir atəş səbəbsiz yerə çıxmaz, ya bir qəza, ya bir partlama kimi qəsd və ya laqeydlik nəticəsində çıxar. Mehdinin çıxış əlaməti olaraq deyilməsi onun çox qəribə və fövqəladə bir əlamət şəklində çıxması demək deyil. Əsas olan bu atəşin hədisdə təsvir edilən atəşin xüsusiyyətlərinə uyğun olaraq çıxmasıdır. Bu atəşi tanımaq və müəyyən edə bilmək üçün onun xüsusiyyətləri aşkar edilməlidir.

Bilindiyi kimi, iyul 1991-ci ildə İraqın Küveyti işğal etməsindən sonra, Küveytə aid neft quyularının yandırılması nəticəsində Küveyt və Bəsra Körfəzində çox böyük bir atəş çıxmışdır.

Hədisin ilk qismində atəş üçün "sönük bir vəziyyətdədir" deyilir. Atəş yanıcı bir maddənin yanmasıyla meydana gələn bir vəziyyət olduğuna görə burada sönük vəziyyətdə gözləyən atəşin özü deyil, atəşin yanacağı xam maddədir.

Burada torpaq altından çıxarılan neftə işarə edilir. Necə ki, hədisdəki Bərəhut deyilən yer bir quyunun adıdır. Bu quyu neft quyusudur. Vaxtı gələndə bu quyulardan çıxarılan neft yanmağa hazır bir atəş halına gəlir.

"O atəş dəhşətli əzab olduğu halda insanları əhatəyə alacaq." O atəş yalnız yanan bir atəş deyil, eyni zamanda insanları canından, malından edərək əzab içində, hüzn içində buraxacaq və bütün təbiəti çirklədəcək olan bir atəşdir.

"O atəş insanları, malları yandırıb bitirəcək." O atəş bir çox insanın ölümünə səbəb olacaq. Bununla yanaşı, malları yandıraraq, maddi zərərə səbəb olduğu kimi, bütün ətrafı və təbiəti çirklədərək də insanların maddi qaynaqlarını yox edəcək.

"Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılacaq." O atəşin "külək ilə bulud kimi uçan" özü deyil, tüstüsüdür. Burada bənzətmə edilərək tüstünün buludlara qədər yüksələcəyi də izah edilmişdir. Bu tüstü küləyin təsiriylə hər istiqamətə doğru yayılır.

"Gecəki istisi gündüzki hərarətindən daha şiddətlidir." O atəşin həm gündüz, həm gecə davamlı yandığı aydınlaşır.

"O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq, yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyə səbəb olar." O atəşin çox yüksəklərə qədər qalxdığına və bu atəşdən göy gurultusu kimi çox şiddətli bir səs-küy ilə partlamalar meydana gəldiyinə işarə edilir.

Böyük hadisələrin və heyrətverici şeylərin meydana gəlməsi

"Onun dövründə böyük hadisələr baş verəcək." (əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 27)

"Onun dövründə nə qədər heyrət verən hallar zühur edəcək." (Məktubat-i Rəbbani, 2/258)

"Onun zühur məbdələri və müqəddimələri (çıxış əlamətləri) Rəsulullah əfəndimizin irhasatına* bənzəyir." (Məktubat-i Rəbbani, 2/258)

Hz. Muhəmmədin doğumundan əvvəl böyük və fövqəladə hadisələr meydana gəlmişdi. Doğulduğu gecə yeni bir ulduz doğulmuş, oda sitayiş edən İran padşahlarının sarayının 14 bürcü dağılmış, İranda 1000 ildir yanmaqda olan Atəşpərəst atəşi sönmüş, Səmavi Vadisi sel suları altında qalmış, Sova Gölü qurumuşdu və s...

Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, Mehdinin ortaya çıxışı da Peyğəmbərinkinə bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzəvi hadisələr olacaq.

Son 100 ildir dünyada baş verən böyük hadisələrin bəziləri belədir:

- Kəbəyə basqın oldu və çox sayda Müsəlmanın qanı axıdıldı.

- 2500 illik İran şahlığı devrildi və İran Şahı Riza Şah Pəhləvi öldü.

- Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20.000 adamın ölümünə gətirib çıxardı.

- İki Müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir müharibə başladı.

- Ruslar Əfqanıstanı işğal etdi.

- Mexiko City şiddətli bir zəlzələ ilə yerlə bir oldu.

- Şimali Kolumbiyadakı Nevada Deş Ruiz yanardağı 400 ildə ilk dəfə partladı. Əriyən qar və buzun meydana gətirdiyi palçıq səbəbindən Armero şəhəri xəritədən silindi. 20.000 adam öldü.

- Banqladeşdəki sel 25.000 adamın ölümünə səbəb oldu.

- Xristianlığın mərkəzi Romanı sular basdı.

- 1986-cı ildə Çində tarixinin ən böyük meşə yanğını oldu.

- Hindistan Dövlət Başçısı Gandi, Misir Dövlət başçısı Ənvər Sədat, İsveçrə Baş Naziri Olof Palme öldürüldü.

- Papa II Jean Paul vuruldu.

- 1980-ci ilin əvvəllərində ilk QİÇS hadisələri təsbit edildi. Bu ana qədər on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə "Əsrin Vəbası" adı verildi. QİÇS 1960-cı illərdə Amerikada başlayan və hər növ cinsi sərbəstliyi gətirmiş olan "Seks İnqilabı"nı sona çatdırdı.

- 1986-cı ildə kosmik gəmi Challengerin fəzaya yollanmasından sonra partlayış baş verdi.

- 26 aprel 1986-cı ildə Ukraynadakı Çernobil Nüvə Stansiyasında indiyə qədər görünən ən böyük nüvə qəzası baş verdi. Bir çox Avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.

- Ozon təbəqəsinin dəlinməsi Dünya iqlimi üzərində çox mənfi təsirlər buraxdı.

- Sovetlər Birliyi devrildi və Qorbaçovla birlikdə Müstəqil Dövlətlər ortaya çıxdı.

- İraqın Küveyti işğal etməsindən sonra illərlə davam edən Körfəz müharibəsi başladı.

- Ermənistandakı zəlzələdə şəhər xarabaya çevrildi. 500.000 adam evini tərk edərkən, ölü sayı 40.000-i keçdi.

- 1989-cu ildə Çində kommunist bölüklər tanklarla tələbələrin üzərinə yeridi, Tiananmen meydanında 2000 tələbə öldü.

- Soyuq Müharibənin simvolu olan Berlin divarı inşasından tam 28 il sonra devrildi.

- 1990-cı ildə Kəbə tunelindəki izdihamda 1400-dən çox hacı həyatını itirdi.

- 1991-ci ildə Banqladeşdə meydana gələn sellərdən sonra 120.000-dən çox adam öldü, milyonlarla adam evsiz qaldı.

- Son 20 ildə Amerikada fırtınalar, qasırğalar, sunamilər və sellər dayanmaq bilmədi. Minlərlə insan öldü, milyonlarlası evini tərk etdi və zərər hər dəfə milyard dollarlarla ölçüldü.

- Bosniya və Kosovadakı qırğında yüz minlərlə Müsəlman öldürüldü və yüz minlərləsi yurdlarından çıxarıldı.

- Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.

- Əl Nino bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi.

- 19 oktyabr 1987-ci ildə London Birjası çökdü. Yaşanan böyük çaxnaşma nəticəsində 50 milyard sterlinqlik dəyər itkisi yaşandı.

- 19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki Federal Binaya edilən bombardmanda 168 adam öldü.

- 22 mart 1997-ci ildə hala-Bopp kometası saatda 160 km sürətlə Yerin 195 milyon km yaxınından keçdi. Çılpaq gözlə izlənilə bilən Hale-Boppun keçişi bütün dünyada milyonlarla adam tərəfindən böyük bir maraqla qarşılandı.

- 10 may 1997-ci ildə İrandakı 7.1 ballıq zəlzələdə 1500 adam öldü.

- 4 fevral 1998-ci ildə Əfqanıstandakı 6.1 ballıq zəlzələdə 5 min adam həyatını itirdi.

- 25 yanvar 1999-cı ildə Kolumbiyadakı 6 ballıq zəlzələdə 1171 adam həyatını itirdi.

- 21 sentyabr 1999-cu ildə Tayvandakı 7.6 ballıq zəlzələdə 2100-dən çox adam həyatını itirdi.

- 11 sentyabr 2001-ci ildə ABŞ-a tarixin ən böyük terrorist hücumu təşkil edildi: İki yolçu təyyarəsi səhər işinin başladığı saatlarda 18 dəqiqə arayla New Yorkdakı Dünya Ticarət Mərkəzinin olduğu iki göydələni vurdu. Hücumda beş mindən çox insan öldü.

- Hindistanda böyüklüyü 7.9 olan bir zəlzələ baş verdi və minlərlə adam həyatını itirdi.

- Avropada həddindən artıq istilər 10 minlərlə insanın ölümünə səbəb oldu.

- 60.000 ildə bir reallaşan bir hadisə meydana gəldi və Mars planeti Dünyaya ən yaxın mövqeyə gəldi.

- 17 yanvar 2002-ci il tarixində Konqodakı Nyiraqonqo Yanardağı partladı. Hadisədə 100 adam öldü.

- 15 noyabr 2003-cü il İstanbul Şişhanədəki Növə Şalom Sinaqoqu ilə Şişlidəki Beth İsrail Sinaqoquna intihar hücumları təşkil edildi. Sinaqoqlardakı mərasim əsnasında bomba yüklü iki ayrı kamazın intihar aktivistləri tərəfindən havaya uçurulmasıyla reallaşdırılan hücumlarda 25 adam öldü, 262 adam yaralandı.

- Noyabr 2003-cü ildə dünyanın ən quraq bölgələrindən olan Məkkədə meydana gələn sel fəlakətində 12 adam həyatını itirdi.

- 20 mart 2003 ABŞ-ın hələ davam edən İraq əməliyyatı Bağdadı borbardman etməsi ilə başladı.

- 20 noyabr 2003 İstanbulda yenə kamazlı intihar hücumları təşkil edildi. Leventdəki HSBC Bankı və Beyoğlundakı İngiltərə Baş konsulluğuna edilən hücumlarda 33 adam öldü, 450 adam yaralandı. Çox böyük maddi ziyan oldu.

- 26 fevral 2004-cü il tarixində Moskva metrosunda meydana gələn intihar hücumunda təxminən 40 adam həyatını itirdi.

- 12 mart 2004-cü il İspaniyanın paytaxtı Madridin mərkəzində 3 ayrı qatar stansiyasına təşkil edilən bombalı hücumlarda təxminən 200 adam həyatını itirdi. Hücumlarda mindən çox adam yaralandı.

- 3 sentyabr 2004-cü il Şimali Osetyada yüzlərlə adamın girov tutulduğu məktəb binasına rus qüvvələri tərəfindən hücum təşkil edildi. Çoxu uşaq olmaqla, ən azı 150 adam öldü, 560 girov yaralı olaraq qurtarıldı.

- Cənubi Asiyada 26 dekabr 2004-cü il tarixində 9 ballıq bir zəlzələ və ardınca çox böyük bir sunami baş verdi. İtkinlərin sayı ölülərlə birlikdə 288-ə çatır.

- 2 aprel 2005-ci il tarixində Papa I Jean Paul həyatını itirdi.

- 7 iyul 2005-ci il tarixində İngiltərənin paytaxtı London II Dünya Müharibəsindən bəri şəhəri vuran ən böyük hücumla sarsıldı. Metro və avtobuslara eynivaxtlı olaraq təşkil edilən dörd hücum nəticəsində 50-dən çox adam öldü, təxminən 700 adam yaralandı. 21 iyulda yenə dörd ayrı eynivaxtlı bombalı hücum cəhdi edildi.

Sistemlərin dəyişməsi

Zamanın inkitaa uğradığı (sistemlərin dəyişdiyi) bir dövrdə Mehdi deyilən bir adam gələcək... (Kitab-ül Bürhan fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 14)

Bu hədisdə Peyğəmbərimiz Mehdinin "sistemlərin dəyişdiyi" bir dövrdə gələcəyini bildirmişdir. Bu hədisdə işarə edilən "sistem dəyişikliyi"nin 20-ci əsrdə dünyanın dörd bir tərəfində hakim olan və əsrin sonlarına doğru devrilən kommunist rejimlər olması labüddür.

20-ci əsrə damğasını vuran qanlı müharibələrin və qırğınların ən böyük səbəblərindən biri materialist fəlsəfənin məhsulu olan kommunist ideologiyanın hakimiyyətidir. Bu ideologiya Avropadan Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər dünyanın böyük hissəsində təsirli olmuş, bir çox ölkə on illərlə kommunist rejimlər tərəfindən idarə olunmuş və ya kommunist təşkilatlar tərəfindən hədəf alınmışdır. 1990-cı illərə qədər davam edən soyuq müharibənin və ən mərhəmətsiz qırğınların səbəbi kommunizm olmuşdur.

Kommunist rejimlər digər ölkələrlə döyüşərək ideologiyalarını yaymaqla yanaşı, öz xalqlarına da böyük bir zülm tətbiq etmişlər, çox geniş kütlələri edamlar, kütləvi qırğınlar, toplama düşərgələrindəki ağır şərtlər və qıtlıqlar kimi üsullarla öldürmüşlər.

Kommunist rejimlər, tarixçilərin hesablamalarına görə, 20-ci əsrdə 120 milyon insanın ölümünə səbəb olmuşdur. Bunların çoxu bir müharibə əsnasında cəphədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdükləri vətəndaşlardır. On milyonlarla kişi, qadın, yaşlı, kiçik uşaq, körpə yalnız kommunist rejimlərin qatı və vəhşi xüsusiyyətləri səbəbindən həyatını itirmişdir. Bundan başqa, milyonlarla insan kommunistlərin zülmünə məruz qalmış, buna görə köçə məcbur edilmiş, əllərindən malları, tarlaları alınmış və hər an öldürülmə, günahsız yerə həbs olunma və ya zülm görmə qorxusu altında yaşadılmışlar.

Ancaq 20-ci əsrin sonlarına doğru çox güclü və sarsılmaz sayılan bu ideologiyaya sahib rejimlər bir-bir çökməyə, güclərini itirməyə başlamışlar. Bu çöküşün ən diqqətə çarpan simvolu 1989-cu ildə Berlin Divarının yıxılmasıdır. İki il sonra, dünyanın ən böyük və ən güclü kommunist dövləti olan Sovetlər Birliyi devrilmiş və Şərq Bloku tamamilə parçalanmışdır. Afrikadan Hindçinə qədər uzanan bir coğrafiyada fərqli kommunist rejimlər bir-birinin ardınca çökmüş, 1945-ci ildən bəri dünyanın sabit beynəlxalq sistemi olan "iki qütblü dünya nizamı" ortadan qalxmış, siyasi şərhçilərin ifadəsi ilə yeni bir dünya nizamı qurulmuşdur. Son dərəcə təəccüblü bir şəkildə reallaşan bu hadisə ilə hədisdə ifadə olunan "sistem dəyişikliyi" reallaşmışdır.

Hal-hazırda isə, istər kommunizmin, istərsə də onunla eyni fikri qaynaqlara əsaslanan başqa bir totalitar sistem olan faşizmin son fikri və siyasi qalıqları da yox olur, dünya bu qanlı ideologiyalardan tamamilə təmizlənir. İslam əxlaqının dünyaya yayılması ilə bu sistemlərin dünyanın dörd bir tərəfinə gətirdiyi zülm, acı, qaranlıq və yoxluq yer üzündən həqiqi mənada silinəcək, insanlar gözəlliyə, zənginliyə, rifaha və dincliyə qovuşacaqlar. Allah çətinliklərin, qaranlıqların, müharibə, qırğın və ağrıların ardınca, rəhmətinin və ehsanının bir təcəllisi olaraq insanlara bənzərsiz nemətlər təqdim edəcək.

Berlin Divarının 1989-cu ildə yıxılması kommunizmin çöküşünün də bir simvolu olaraq qəbul edilir. Kommunist ideologiyanın ən əhəmiyyətli liderlərindən sayılan Leninin nəhəng ölçülərdəki heykəllərinin yıxılıb, xalq tərəfindən parçalara ayrılması isə hədisdə ifadə olunan sistem dəyişikliyinin ən açıq dəlillərindən biridir.

Müsəlmanların təzyiq görməsi

Axırzamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gələr, belə ki yerlər Müsəlmanlara dar gələr. (Kitab-ül Bürhan fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 12)

Bu hədis Mehdi gəlmədən əvvəl bəzi Müsəlman ölkələrdə din əxlaqından uzaq, zalım və mərhəmətsiz xarakterli şəxslərin iqtidarda olacağına işarə edir. Həqiqətən də bu gün İslam dünyasının bir hissəsində iqtidarda olan idarəçilər Müsəlman xalqa əziyyət edir, təzyiqçi və despot rejimləri ilə insanları əzirlər. Bir qismində isə idarəçilərin təcrübəsizliyindən xalq müxtəlif bəlalara məruz qalır. İraq, Liviya, Suriya, Somali, Efiopiya, Əfqanıstan, Tunis və  Cibuti kimi ölkələr başda olmaqla, Müsəlmanlar ölkə rəhbərliyindəki liderlər tərəfindən təzyiq altına alınır, müxtəlif çətinliklərə məruz qalırlar. Müsəlmanların dinlərini azad yaşamaları və ibadətlərini yerinə yetirmələrinə mane olunur, iqtisadi çətinliklər həyatı çətinləşdirir. Bu ölkələrdən bəzilərində yaşanan hadisələrə nümunələr bunlardır:

İranla apardığı müharibədə 3 milyonluq əhalininin təxminən bir milyonunu itirən İraqda faşist diktator Səddam Hüseyin xalqına ağlasığmaz işgəncələr və zülm tətbiq etmişdir. İraq Müsəlmanları hələ də Səddamın faşist tətbiqləri altında əzilir, Səddamın ağılsız siyasətləri səbəbiylə beynəlxalq sanksiyalara məruz qalırlar.

1979-cu ildə Sovet Rusiyası tərəfindən işğal edildiyi gündən bəri Əfqanıstanda qeyri-sabitlik və qarışıqlıq hakim olmuş, əsl İslamı heç bir şəkildə təmsil etməyən iqtidarlar son dərəcə təzyiqçi, mərhəmətsiz və xoşgörüşsüz bir sistem qurmuşlar.

Afrikanın ən kiçik ölkələrindən biri olan Cibuti 1977 və 1991-ci illəri arasında təxminən 2 min Müsəlmanın qətl edildiyi, 7 min adamın da heç bir bəhanə göstərilmədən həbs olunub işgəncə gördüyü sərt bir rejimlə idarə olundu.

Somalidə 1969-cu ildən 1991-ci ilə qədər təxminən 20 il Müsəlmanları hədəf alan General Muhəmməd Siad Biarenin liderliyində təzyiqçi bir rejim tətbiq olundu.

Tunis 31 il boyu Həbib Burgibanın diktator rejimi altında idarə olundu. Özünü "əbədi dövlət başçısı" elan edən Burgiba iqtidarda olduğu müddətcə Müsəlman xalqı təzyiq altında saxladı.

Suriyalı Müsəlmanlar Hafiz Əsədin 30 il davam edən diktatorluğu boyu müxtəlif mərhəmətsizliklərə məruz qaldılar. Qadınlara təcavüz edildiyi, kişilərə hər cür işgəncənin tətbiq olunduğu qırğınlarda bəzi şəhərlər tamamilə ortadan qalxdı.


Hafiz Əsəd iqtidarda olduğu 30 il boyu çox böyük qırğınlar reallaşdırdı. Bunlardan biri də Hama şəhərində bir gün içində 40 min Müsəlmanın vəhşicəsinə öldürülməsidir.

Əfqanıstanda 10 il davam edən Qırmızı Ordu işğal ardınca on minlərlə ölü, bir o qədər də şikəst buraxdı. Sovetlərin geri çəkilməsinin ardınca başlayan qanlı daxili qarşıdurma isə ölkəni daha böyük bir xaosa sürüdü.


Həbib Burgiba xas oppressed the Muslim
Tunis people during his rule. The most
important common characteristic of the
authorities that come to power en Somali
his their practice against Islam. The civil
war that hədd begun during Siad Barre rule
his still going on.

İraq lideri Səddam Hüseyin illərdir həm öz xalqına, həm də qonşu ölkələrdəki Müsəlmanlara qarşı çox böyük bir təzyiq və zülm siyasəti aparır.

Tozlu tüstü, qaranlıq fitnə

Tozlu tüstü, qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcək...  (Kitab-ül Bürhan fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 26)
 
Milliyyət, 12 sentyabr 2001

Bu hədisdə isə, Mehdinin çıxışından əvvəl, tozlu və tüstülü qaranlıq bir fitnənin görünəcəyindən danışılır. Fitnə "insanın ağıl və ürəyini birbaşa haqq və həqiqətdən sapdıracaq şey, döyüş, azdırma, qarışıqlıq, ixtilaf, qarşıdurma" kimi mənalarda işlənən bir sözdür. 15-ci hədisdə bu fitnənin ardınca toz və tüstü buraxacağı ifadə olunur. Həmçinin bu fitnənin "qaranlıq" olaraq xarakterizə edilməsi haradan gəldiyi müəyyən olmayan, ümid edilməyən bir hadisə olduğuna işarə olaraq qəbul edilə bilər.

Bu aspektlərdən baxıldıqda həmin hədisin 11 sentyabr 2001-ci il tarixində Amerika Birləşmiş Ştatlarının New York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi olaraq xarakterizə edilən hücuma işarə etməsi labüddür. Televiziya ekranlarında və qəzetlərdə də rast gəldiyimiz kimi, bu iki böyük terror hadisəsinin ardınca böyük bir toz buludu və tüstü ətrafı əhatə etmişdir.

New Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çarpan təyyarələrin yanacaqlarının səbəb olduğu partlamalar nəticəsində böyük bir tüstü meydana gəlmiş və bu tüstü bütün şəhərdən və hətta ətraf şəhərlərdən görünə biləcək qədər yüksəlmiş və yayılmışdır. Partlamalar nəticəsində çökən binalar isə daha böyük bir toz buludunun meydana gəlməsinə səbəb olmuş, hətta ətrafdakı insanlar tamamilə bu tozla örtülmüşdür.

Bu hadisə həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi, həm də hədisdə edilən təsvirə bənzər xüsusiyyətlər daşıması səbəbindən son dərəcə əhəmiyyətlidir. Başqa sözlə, minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan insanlıq tarixinin bu ən kədərli terror hadisəsi hədisdə xəbər verilən və Mehdinin çıxışının bir əlaməti olaraq bildirilən "tozlu tüstü, qaranlıq fitnə" ola bilər.

Hədisdə ifadə olunan "tozlu və tüstülü qaranlıq fitnə" şəkillərdə göründüyü kimi, 11 sentyabr terror hücumunun ən diqqət çəkən xüsusiyyətlərindən idi.

 

Geniş yayılan qırğınlar

Mehdidən əvvəl geniş yayılan qırğınların baş verəcəyi böyük bir fitnə görünəcək.  (əl-Qəvlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, s. 37)

Peyğəmbərimizin (s.ə.v.) Mehdinin gəlişi ilə bağlı bildirdiyi hədislərin böyük bir qismində Mehdi gəlmədən əvvəl dünyada qarışıqlıq, etibarsızlıq və narahatlığın hakim olacağı üzərində dayanılır. Müharibələr və qarşıdurmalarla yanaşı, kütləvi qırğınların baş verməsi də bu dövrün diqqət çəkən xüsusiyyətləri arasındadır. Həmçinin hədisdə qırğınların geniş yayılacağına, yəni bütün dünya səviyyəsində yaşanacağına diqqət çəkilir.

Amnesty Internationalın hesabatlarına görə, Səddam Hüseyin Halepçedə 5000 vətəndaşı vəhşicəsinə qətl etdirmiş, minlərlə adam da bənzər hücumlarda itmişdi.

Ötən əsrdə iki böyük dünya müharibəsi yaşanmış və sırf bu müharibələrdə 65 milyon insan həyatını itirmişdir. 20-ci əsr boyu siyasi səbəblərlə qətl edilən vətəndaşların sayının 180 milyonu keçdiyi təxmin edilir. Bu daha əvvəlki əsrlərlə müqayisə edildikdə fövqəladə dərəcədə yüksək bir rəqəmdir. Əslində 20-ci əsrə qədər dünyadakı müharibələr çox vaxt bir cəbhə müharibəsi şəklində yaşanır, yəni müəyyən bir xətt üzərində döyüşən ordular arasında baş verirdi. Halbuki, 20-ci əsrdəki silah texnologiyası və buna bağlı olaraq inkişaf etdirilən əsgəri strategiyalar "dünyamiqyaslı müharibə" anlayışını ortaya çıxarmış, müharibələr yalnız cəbhədəki əsgərləri deyil, arxa cəbhədəki vətəndaşları da hədəf almışdır. Şəhərlərin bombalanması, kimyəvi, bioloji və ya nüvə silahları, soyqırım, toplama düşərgələri kimi anlayışlar yalnız 20-ci əsrə aiddir.

Həmin vəhşiliklər davam edir, bu gün hələ dünyanın dörd bir tərəfində qanlı müharibələr və qarşıdurmalar davam edir. Bu müharibələrin ortaq xüsusiyyəti isə yuxarıdakı hədisdə də ifadə olunduğu kimi, kütləvi qırğınların yaşandığı müharibələr olmasıdır. Bir tərəfdən kütləvi qırğın silahlarının istifadə edilməyə başlanması, digər tərəfdən də qarşıdurmanı və qan tökməyi təşviq edən ideologiyaların fikri suverenliyi qırğınların çox geniş əhatəli olmasına səbəb olur.

Yaxın tarixə baxıldıqda bir çox insanın həyatını itirdiyi müxtəlif qırğın nümunələri görünəcək. Məsələn, Bosniya Müharibəsi vətəndaş xalqın hədəf alındığı, qadın, uşaq, yaşlı bilmədən minlərlə insanın qətl edildiyi bir müharibə olaraq tarixə düşmüşdür. Müharibədən sonra ortaya çıxarılan kütləvi məzarlar isə qırğının ölçülərini gözlər önünə sərən təəccüblü bir dəlil olmuşdur.

Fələstin xalqına qarşı 1940-cı illərdən bəri icra edilən başqa bir "etnik təmizləmə" əməliyyatı isə daha uzun vədəli bir qırğın siyasətidir. Bu siyasətin Səbrə və Şatilla qırğınları kimi nümunələri baş verən hadisələrin ölçülərini gözlər önünə sərir.

Afrika qitəsində də tez-tez müxtəlif fərqli etnik mənbələr arasında şiddətli qarşıdurmalar yaşanır və minlərlə insan həyatını itirir. 1997-ci ilin yazında 5 böyük ölkəni, Zairə, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı içinə alan bir bölgəyə təsir edən bir müharibə iki böyük qəbilə arasında baş verdi: Hutu və Tutsi qəbilələri. Bu etnik müharibədə yarım milyona yaxın insan həyatını itirdi. On minlərlə adam meşələrdə aclıqla, səfalətlə, epidemiya xəstəlikləri ilə mübarizə apardı və çox böyük bir kütlə məhv oldu. Kiçik uşaqlar və körpələr belə sırf başqa bir qəbilədən olduqları üçün vəhşicəsinə öldürüldülər.
 

Günahsız insanların qətl edilməsi

Günahsız insanlar qətl olunana qədər Mehdi çıxmayacaq və qırğınlara yerdəkilər və göydəkilər artıq dözə bilməz bir hala gəldikdə zühur edəcək...  (əl-Qavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, s. 37)

Səddam Hüseynin Hələpçədə etdiyi qırğından görüntülər

Mehdinin çıxışı ilə bağlı hədislərdə qırğınların yayılmasından bəhs edilərkən, bu qırğınların günahsız insanları hədəf alacağına xüsusilə diqqət çəkilmişdir. Daha əvvəl də bildirdiyimiz kimi, hal-hazırda, demək olar ki, bütün müharibələrdə əsl hədəf vətəndaş xalqdır. Qırğınlar da məhz vətəndaş və günahsız xalqa istiqamətli olaraq reallaşdırılır, əksərən uşaqlar, yaşlılar və qadınlar qətl edilir. Xüsusilə özlərini müdafiə etmə imkanı olmayan bu insanların seçilməsinə görə qırğınların və həyatlarını itirən insanların sayının çox olur.

Müharibələr və ya müxtəlif qarşıdurmalar əsnasında reallaşdırılan qırğınlarla yanaşı, xüsusilə son illərdəki terrorist hərəkətlər də xalqın kütləvi şəkildə məhv edilməsi ilə nəticələnir. Terrorizmin məqsədi xalq arasında qorxu və dəhşət yaymaq olduğundan, bu cür hücumların əsl yönəldiyi seqment əksərən vətəndaş xalqdır. Ticarət mərkəzləri, restoranlar, kafelər, məktəblər kimi müdafiəsiz qadınların, gənclərin və uşaqların olduğu yerləri hədəf alan bu hərəkətlər səbəbiylə dünyanın fərqli ölkələrində bir çox insan həyatını itirir.


Dünyanın dörd bir tərəfində bir-birinin ardınca reallaşan terrorist

hücumlarda, bombalamalarda və qundaqlaşdırmalarda hədəf olaraq hər zaman günahsız insanlar seçilir.

İzlənmə sayı: 4936