Mehdi haqqındakı hədislər səhihdir."Təvatür" mənaca "doğru xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan xəbər" deməkdir. (Böyük lüğət-növ-Dav, 3003) Hədis alimlərinə görə, bir xəbər bir çox insan tərəfindən rəvayət edilmişdirsə və bu, ravilərin bir yerə gəlib xəbər uydurmaları şəklində mümkün deyilsə buna "mütəvatir" xəbər deyilir. Bir çox İslam alimi Peyğəmbərimizin (s.ə.v.) Mehdi ilə əlaqədar hədislərinin mütəvatir olduğunu bildirmişdir:
İbni Həcər Askalani Fəthül-Baridə Mehdinin bu ümmətdən olacağı və Hz. İsanın (ə.s.) onun arxasında namaz qılacağına dair hədislər rəvayət etmişdir. Şövkani də İsanın enəcəyinə dair hədislərin sayının 29-a çatdığını söyləyərək, bunları bir-bir nəql etmiş və sonda:
"Bizim nəql etdiyimiz hədislər göründüyü kimi, təvatür həddinə çatdı. Bu bəyanımızla bu nəticəyə gəlirik ki, gözlənilən Mehdi haqqındakı hədislər, Dəccal haqqındakı hədislər və İsanın enməsinə dair hədislər mütəvatirdir" demişdir. (Sünen-i İbn-i Mace 10/338)
Mehdinin gələcəyi ilə bağlı olan səhih hədislər təvatür xüsusiyyətini daşıyır. (Qiyamət Əlamətləri, s. 193)
Onların zənninə görə, Mehdi vəfat etdi; gəlib getdi... Halbuki, bu babda gələn səhih hədis-i şəriflər geniş yayılmışdır. Hətta təvatür-ü mənəvi dərəcəsində olub, taifenin sözlərini təkzib edir. (Məktubat-i Rəbbani, 2/250)
Mehdinin gələcəyi ilə bağlı Rəsulullahdan (s.ə.v.) təvatür səviyyəsində bir çox hədis rəvayət edilmişdir...
(əbl-Həsən Məhəmməd b. Həsən əl-Überi Sicistani, Mənakıb
üş-Şafii/Dr.G.Hüseyin Tacirinəsəb, Mehdilik və İmam Mehdi, s. 88 və 405)
Mehdinin varlığı və axırzamanda zühur edəcəyi, Peyğəmbər ailəsindən və Fatimə oğullarından olması təvatür həddinə çatan hədislərlə açıqlanmışdır və bu hədisləri inkar etmənin heç bir mənası yoxdur... Təvatür həddinə çatan, doğru və açıq hədislərdə Mehdinin Fatimə soyundan olub, dünya sona çatmadan zühur edəcəyi, zülm və haqsızlıqla dolmuş olan dünyaya ədalət və həqqaniyyət gətirəcəyi, onun zamanında İsa Məsihin göydən enəcəyi və onun liderliyində namaz qılacağı sübut edilmişdir.
(Şərif Məhəmməd b. Rəsul Bərzənci Mədəni, əl-işae, s. 184 və 305 / Mehdilik və İmam Mehdi, s. 328)
Qiyamət gününün ən böyük əlamətlərindən biri də haqqında təvatür dərəcəsini aşacaq dərəcədə hədis olan bir adamın zühur edəcəyidir. Bir çox hədis hafizləri Mehdinin Peyğəmbər soyundan olduğunu qəbul etmişlər, belə mütəvatir bir mövzuya arxa çevirmək mümkün deyil. Haqq əhlinin inancına görə Mehdi İsa Məsihdən ayrıdır. Mehdi Məsihdən əvvəl zühur edəcək. Bu mövzu Sünni alimləri arasında da geniş yayılmışdır.
(Şəmsəddin Məhəmməd b. Əhməd Səfareyni, Ləvaih
ül-Envar
ül Bəhiyyə şəhəri, C. 2, s.74-76-86-dan xülasə)
Məhəmməd b. Əli Şövkani, "ət-Təvzih..." adlı kitabında belə söyləmişdir:
...Bunlar (Mehdi, Dəccal və Məsih ilə bağlı rəvayətlər) heç şübhə yoxdur ki, mütəvatir hədislərdir, Peyğəmbərin buyruğu hökmündədir... Buna görə, Dəccal və Məsih haqqındakı rəvayətlər mütəvatir olduğu kimi Mehdi haqqındakılar da mütəvatirdir... (Muhib b. Saleh əl-Bureyni, Ikd
üd-Dürər fi Əxbar
il-Müntəzər, s. 14-15 / Əbu Tayyib Məhəmməd Sıddık Kunuci, əl-İzaetü... s. 95 və 130 / Mehdilik və İmam Mehdi s. 329)
Mehdi haqqındakı hədislər mənəvi təvatür həddinə çatmışdır, inkar edilmələrinin bir mənası yoxdur. (Şeyx Həsən Ədvi Həmzəvi, Məşarik
ül-Ənvar, F. 2, s. 115, -1307 H. Çapı / Mehdilik və İmam Mehdi s. 329)
...Mehdi haqqındakı hədislər təvatür həddinə çatmışdır. "Sünən", "Əsas" və "Mu
cəm" kitablarında mövcuddur. (m. Sıddık b. Həsən Kunuci, əl-İzaətü... s. 94)
Yuxarıda adlarını çəkdiyimiz qaynaqlar xaricində bəzi alimlər də öz əsərlərində Mehdi haqqındakı hədislərin təvatür dərəcəsində olduğunu açıqlamışlar. Bu İslam alimlərindən bəziləri və bu mövzuda şərh etdikləri əsərləri bunlardır:
Əbu Abdullah Məhəmməd b. Yusuf Gənci Nufəli, əl-Bəyan fi Əxbari Sahibəz-Zaman, s. 126
Şəmsəddin Məhəmməd b. Əhməd Kurtubi, ət-Təzkirətü fi Əhval
il-Məvta və Ümuril-axirəti, s. 710
İbni Kayyim Cavziyə Məhəmməd b. Əbu Bəkr Dəməşki, əl-Mənar
ül-Münif, s. 142
Şəhabəddin b. Həcər Əhməd b. Əli Askəlani, Təhzib ət-Tahzib, C. 9, s. 126
Cəlaləddin Əbdürrəhman Suyuti, Ərf
ül-Verdi, eki-əl-Havi Lilfətavi, C. 2, s. 165
Əbl-Abbas b. Həcər Əhməd b. Məhəmməd Haytəmi, Səvaik
ül-Muhrika, s. 99 / əl-Qavl
ül Müxtəsər, s. 23
Şərif Məhəmməd b. Rəsul Bərzənci Mədəni, əl-İşaə, s. 147, 185
Şəmsəddin Məhəmməd b. Əhməd Səfərini, Ləvaih
ül-Ənvar
il-Bəhiyyə, C. 2, s. 89 / Əhval-i Yəvm
ül-Qiyamət, s. 33
Məhəmməd b. Əli Səbban Misri, İs
afur-Rağibin, Nur
ul-Əbsar haşiyəsində mətbu s. 192 Səvaik
ül-Muhrika
dan nəqlən.
Mömin b. Həsən Mümim Şəblanci, Nur
ul-Əbsar, s. 189
Məhəmməd Sədik Həsən Kunuci Buxari, əl-İzae, s. 120
Məhəmməd b. Cəfər İdrisi Kətani, Nzm
ül-Mütənasir Fil-Hadis
il-Mütəvatir, s. 145
Əbl-Feyz Əhməd b. Məhəmməd Ğumari, İbraz
ülVehm
il-Məknun, s. 3-4
Əbdülmuhsin b. Məhəmməd Abbad, Məccələt
ül-Camiat
ül-İslamiyyə, sayı 3, il 1, s. 598
İslam alimlərinin Mehdinin gəlişi ilə bağlı verdiyi izahlarBir çox böyük İslam alimi axırzamanda Mehdinin gəlişinə heç bir şübhə olmadığını ifadə edən açıqlamalar vermişdir. Bunların arasında ən məşhurlarından biri Muhyiddin Ərəbidir. Futuhat-İ Məkkiyə adlı əsərində Muhyiddin Ərəbi belə söyləyir:
"Şübhəsiz ki, yer üzü zülm və haqsızlıq ilə dolduğu anda Allah’ın xəlifəsi qiyam edəcək, yer üzünü ədalət və bərabərliklə dolduracaq... Ümumi gəliri xalq arasında bərabər olaraq paylayacaq, xalqa ədalətlə hökm edəcək və anlaşılmazlıqları həll edən hakim olacaq... Allah onun işini bir gecədə nizama qoyacaq, zəfər həmişə onun qarşısında yeriyəcək... Ayağını Peyğəmbərin ayağının yerinə qoyacaq (onun izində yeriyəcək) və heç bir zaman sapmayacaq... Dağınıq dinləri (batil inancları) ortadan qaldırıb, yalnız haqq dini hakim edəcək..." (Muhyiddin Ərəbi, əl-Futuhat Əl Məkkiyə, 366. bab, C. 3, s. 327-328)
Bu mövzuda açıqlama edən başqa bir alim isə misirli məşhur yazar Şeyx Mənsur Əli Nasifdir. Bir əsərində Mehdilik inancını bu şəkildə təsvir edir:
Əhl-i Beytdən Mehdi adında bir şəxs mütləq zühur edəcək, İslam torpaqlarına hakim olacaq, Müsəlmanlar onu izləyəcək və O Müsəlmanlar arasında ədalətlə, həqqaniyyətlə davranacaq, dini möhkəmləndirəcək. Ondan sonra Dəccal ortaya çıxacaq və Məsih (hz. İsa) enərək Dəccalı təsirsiz hala gətirəcək və ya öldürülməsində Mehdiyə kömək edəcək. (ət-Tac
ül-Camiü Lil-Usul, C. 5, s. 341)
Misir əl-Əzhər Universiteti İnanclar kürsüsündə təhsil vəzifəlisi olan Seyid Sabiq isə İslam Konfransı tərəfindən seçilmiş bir kitab olaraq nəşr olunan əl-Əqaid
ül İslamiyyə adlı kitabında Mehdinin gəlişi ilə bağlı bu açıqlamaları edir:
Mehdi haqqındakı fikrimiz budur ki; O, zamanın sonunda, çox yaxında zühur edəcək... Yer üzü zülm və haqsızlıqla dolmuş ikən, O, ədalət və həqqaniyyətlə dolduracaq. O şübhəsiz İslam qanununu ortaya qoyacaq və köhnəlmiş Peyğəmbər sünnəsini canlandıracaq. (əl-Əqaid
ül-İslamiyyə, s. 250)
Əlaəddin Əli b. Hişam Müttəqi Hindi də "ər-Rəddi..." adlı kitabında belə demişdir:
Allah’ın rəhməti sənə olsun, bil ki; vəd edilən Mehdinin gəlməsinə heç şübhə yoxdur. Üç yüz hədis və əsərlə, hətta daha çoxu ilə bu sübut edilmişdir. (Casim Mühəlhil, əl-Bürhan, c. 1, s. 339 / Mehdilik və İmam Mehdi, s. 328)
Məşhur İslam alimlərinin bu açıqlamalarla yanaşı, Mehdinin gəlişi ilə bağlı mövzuların əhl-i Sünnə inancı olduğuna dair də geniş izahlar mövcuddur. Bu izahlardan bir neçəsini belə sıralamaq mümkündür:
Əbu Məhəmməd Həsən b. Əli əl-Bərbəhari Hanbəli "Şərh
üs-Sünnət" adlı kitabında əhl-i Sünnə inanclarını sıralayaraq belə yazır:
"...Və Məryəmoğlu İsanın göydən enəcəyinə, Dəccalı təsirsiz hala gətirəcəyinə və Məhəmməd (s.ə.v.) oğullarından Qaimin (Mehdi) arxasında namaz qılacağına inanmaq." (Casim Mühəlhil, əl-Bürhan..., C. 1, s. 426)
Doğru hədislərə əsaslanaraq, qəti olaraq inanılan bir mövzu da (zühur edəcək olan) Mehdinin varlığıdır. Onun dövründə Dəccal və Məsih də ortaya çıxacaq. (İbni Həcər, Əhməd b. Məhəmməd Haytəmi Şafisi, əl-Qəvlül-Müxtəsər fi əlamət
il Mehdiyyül-Müntəzər s. 74)
Əbl-Əşbal Əhməd Məhəmməd Şakir "Şərh-i Müsnəd-i İmam Əhməd" adlı kitabında: Bir çox səhabədən səhih sənədlərlə çatan səhih sünnəyə görə:
(Mehdiyə inanmaq) sübut edilmişdir, bunun doğruluğundan şübhə etmək heç kimin həddi deyil. (Casim Mühəlhil, əl-Burhan... Müqəddiməsi, C. 1, s. 343)
Deməli, Mehdinin zühur edəcəyinə inanmaq vacibdir, ona inanmaq Peyğəmbərin (ə.s.) buyruğunu təsdiqləmək üçün lazımdır. Belə ki, bu mövzu Əhl-i Sünnə kitablarında qeyd edilmiş və sübut edilmişdir. (Əbl-Feyz Əhməd b. Məhəmməd Ğumari Şafisi, İbraz
ül-Vəhm
ül-Məknun, s. 3-4)
İslam alimlərinin Mehdinin gəlişi və edəcəkləri haqqındakı hədislər ilə bağlı etdikləri bu açıqlamalar, şübhəsiz ki, çox əhəmiyyətlidir. Ancaq daha da əhəmiyyətlisi Peyğəmbərimizin (s.ə.v.) axırzaman və Mehdi ilə əlaqədar hədislərinin hal-hazırda tək-tək və bir-birinin ardınca reallaşmasıdır. Şübhəsiz bu hadisələrin Peyğəmbərimizin (s.ə.v.) bir möcüzəsi olaraq reallaşması səhihlikləri üzərində hər hansı bir şübhə qoymur.