Bu hədislərin Peyğəmbərimiz (s.ə.v.) tərəfindən deyilmiş sözlər olduğu asanlıqla aydın ola bilər. Bilindiyi kimi, qiyamətlə bağlı hədislər gələcəklə bağlı hadisələri təsvir edir. Bu səbəbdən zaman içərisində hədislərin bir-bir reallaşması sözlərin mənbəyi mövzusundakı bütün şübhələri yox edir.
Həmin meyar axırzaman və qiyamət əlamətləri ilə bağlı tədqiqat aparan bir çox İslam alimi tərəfindən də istifadə edilmişdir. Bədiüzzaman Səid Nursi də axırzaman haqqındakı hədislərin hal-hazırda meydana gələn və gözlə görülən hadisələrə tam uyğun olmasının hədislərin həqiqət olduğunu göstərdiyini ifadə etmişdir. (1. Bədiüzzaman Səid Nursi, Şüalar, s. 360, Şaban Döğen, Mehdi və Dəccal, Gənclik Nəşrləri, İstanbul, 1998, s. 15)
Hədislərdə bildirilən işarələrin bir qismi 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir bölgəsində baş vermiş ola bilər. Belə bir vəziyyət o dövrün axırzaman olduğunu göstərməz. Çünki bir dövrün axırzaman olaraq xarakterizə edilməsi üçün qiyamət əlamətlərinin hamısı eyni əsrdə bir-birlərini izləyərək reallaşmalıdır. Bu vəziyyət bir hədisdə belə ifadə edilmişdir:
"Qiyamət əlamətləri bir-birinin ardınca meydana gəlir. Bir cərgədəki muncuqların ard-arda qopması kimi." (ramiz-əl əhadis, 277/6; Camiüs-Sagir, 3/167)